Meksikada Müdafiə Nazirliyinin patrul xidmətinə hücum edilib

2020/01/p1698-1579325797.jpg
Oxunub: 1646     10:12     18 Yanvar 2020    
Meksikanın ABŞ-la sərhədində yerləşən Tamaulipas ştatının ərazisində patrul xidməti aparan meksikalı əsgərlər bir qrup silahlı şəxslər tərəfindən hücuma məruz qalıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 silahlı öldürülüb.

"Reynosa-Miqel Aleman şossesi yaxınlığında silahlı qrup tərəfindən təşkil edilən pusqu nəticəsində 11 nəfər əsgərlərin cavab atəşi ilə öldürülüb", - deyə məlumatda bildirilib.

Toqquşma yerində 11 "Kalaşnikov" avtomatı və partlayıcı maddənin ələ keçirildiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Meksika   ABŞ   Hücum  

Meksikada Müdafiə Nazirliyinin patrul xidmətinə hücum edilib

2020/01/p1698-1579325797.jpg
Oxunub: 1647     10:12     18 Yanvar 2020    