ABŞ-ın Azərbaycana verdiyi S-14 “Point Brauer” patrul katerləri - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2020/02/7-11075372252.jpg
Oxunub: 3536     15:22     20 Fevral 2020    
Dövlət Sərhəd Xidmətinin əsas təyinatı Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi və toxunulmazlığının təmin etməkdən ibarətdir. DSX öz təyinatına uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada dövlət sərhədində real və potensial təhdidlərin dəf edilməsinə görə məsuliyyət daşıyır. Bu vəzifələrin yerinə yetirilməsi üçün DSX bir çox tərəfdaş ölkələrlə əməkdaşlıq edir.

Bu tərəfdaşlıq çərçivəsində ABŞ hökuməti 2003-cü ildə dəniz sərhədlərinin mühafizəsi üçün Azərbaycana “Point Brauer” patrul kateri verib. 2.5 milyon ABŞ dollarına başa gələn “Point Brauer” patrul kateri Kaliforniyanın San-Fransisko şəhərindən dənizçi heyəti tərəfindən Egey, Mərmərə, Qara və Azov dənizlərindən keçirilərək Volqa-Don kanalı vasitəsilə Xəzərə və nəhayət, Bakıya gətirilib. Bu kater DSX silahlanmasında S-14 patrul kateri kimi qeydiyyatdan keçib.

2003-cü ildə ABŞ hökuməti tərəfindən Azərbaycanın dəniz sərhədlərinin mühafizəsi üçün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə briqadasına verilən patrul kateri 1969-cu ildə inşa edilən “Poynt” tipli patrul katerinin versiyasıdır. Bu kater 1990-cı ildə ABŞ-ın sahil mühafizə xidmətinin silahlanmasından çıxarılsa da, bir neçə dəfə modernləşdirilib. Bu məqalədə Sizə S-14 patrul kateri barədə ərtaflı məlumat verməyə çalışacağıq.

Yaranma tarixi

DSX-nin silahlanmasındakı S-14 kimi tanınan “Point” sinifindən olan patrul katerlərinin ilk nümunələrinin dizaynı, 1950-ci illərin əvvəllərində, Amerika Birləşmiş Ştatlarının Sahil Mühafizəsinin İkinci Dünya müharibəsi dövründə istehsal edilən köhnə 83 futluq patrul qayıqlarını əvəz etmək üçün nəzərdə tutulurdu.

82 futluq (sonradan “Point” adlandırılacaq) patrul qayığının dizaynı əslində 83 metrlik benzin mühərrikli patrul qayığını əvəz edəcək 95 metrlik patrul qayığının tətbiqi ilə başladı. 95 futluq patrul gəmisi əvvəlcə daha zəif 83 futluq qayığı əvəz edəcək axtarış-xilasetmə qayığı olaraq hazırlanırdı.

Koreya müharibəsinin başlaması və sahil mühafizəsinin ABŞ liman qurğularının təhlükəsizliyini təmin etməsi məqsədliə, Moss-Maqnuson Qanununa uyğun olaraq, 83 metrlik qayıqların tam dəyişdirilməsi təxirə salındı, 95 futluq qayıqlar isə yalnız limanlarda istifadə edildi.

Şəxsi heyətə olan tələbatı azaltmaq üçün “Point” sinifli patrul qayığı 8 və ya 10 nəfərlik heyətin yerləşdirilməsi üçün hazırlandı ki, bu da 95 futluq “Cape” sinifli qayığın 15 nəfərlik heyət üzvünün ekipajına nisbətən iki dəfə az idi. 82 futluq “Point” patrul katerləri əvvəlkilərdən fərqli olaraq dizel mühərrikə, polad korpusa və alüminium üst quruluşa malik oldu.

1960-cı illərdə ABŞ Sahil Mühafizəsi qanununa uyğun olaraq, uzunluğu 100 futdan az olan gəmilərə ad verilmirdi, ilk 44 ədəd “Point” sinifli patrul qayıqları da WPB-823xx adından istifadə edirdi, burada 82 rəqəmi korpusun uzunluğunu ifadə edirdi. 1964-cü ilin yanvarından başlayaraq ABŞ Sahil Mühafizəsi uzunluğu 65 futdan yuxarı olan bütün dəniz vasitələrinə ad verməyə başladı. Azərbaycana verilən 82 futluq patrul qayıqları da daxil olmaqla bu sinifin bütün katerlərinə “Point” (Nöqtə) adı verildi.

Bu katerlərdən Amerika Birləşmiş Ştatlarının və Karib dənizinin sahilləri boyunca mühafizə və axtarış-xilasetmə işlərində istifadə olunub. Onlar 90-cı illərin sonlarında 87 metrlik “Cape” sinifli sahil patrul qayıqları ilə əvəz edildi.

İstehsalı

1960-cı ilin əvvəllərində, Merilend ştatının Kertis tərsanəsində “Point” qayığının ilk nümunəsinin istehsalına başlandı və bu proses 1963-cü ilin dekabr ayının sonuna qədər davam etdi. 3 ildə cəmi 44 qayıq istehsal edildi. İlk 30 qayıq 600 at gücündə (450 kVt) iki ədəd “Cummins” dizel mühərriki ilə təchiz edildi. 82314 versiyası (sonradan “Point Pointcher”) 1000 at gücündə (750 kVt) iki qaz-turbin mühərriki ilə, 82318 (sonradan “Point Herron”) isə 800 at gücü (600 kVt) olan iki ədəd “Cummins” dizel mühərriki ilə təchiz edilərək istisna təşkil etdi.

1962-ci ilin martından 82331 (sonradan “Point Marone”) modelindən başlayaraq bütün qayıqlar 800 at gücündə iki “Cummins” dizel mühərriki ilə təchiz edildi. Onların hamısı ikiqat vintlərlə təchiz olunub.

1966-cı ildə Vaşinqton ştatının Takoma şəhərindəki “J.M. Martinac Shipbuilding Corp.” ilə 25 əlavə qayığın istehsalına dair müqavilə bağlandı. 25 qayığın hamısında 800 at gücündə mühərrikdən istifadə edildi. 1970-ci ildə istehsal edilən son doqquz kater də eyni mühərriklə təchiz edildi. 1990-cı ildə isə bu katerlərin hamısınının mühərrikləri “Caterpillar” dizel mühərrikləri ilə əvəz edildi. Azərbycan DSX-nın istifadəsində olan kater də hazırda 425 at gücünə malik 2 ədəd “Catepiller” mühərrikləri ilə Xəzər hövzəsində vəzifələrini icra edir.

Bu qayıqlar kiçik bir heyət ilə işləmə rahatlığına, sadə dizayn xüsusiyyətlərinə, davamlı polad korpusa və çəkini normada saxlamaq üçün alüminium üst quruluşa malikdir. Körpüdə olan idarəetmə və həyəcan siqnalları, katerin bir nəfər tərəfindən idarə edilməsinə imkan verir.

Döyüş şəratində heyətin tələblərini təmin etmək üçün əlavə yerlər nəzərdə tutulur. Vintlər dəyişdirilmənin asanlığını təmin edir, kateri sudan çıxarmadan vintlər dəyişdirilə bilər. 5 km/saat minimum sürət uzun müddətli patrul xidməti zamanı yanacağa ciddi qənaət etməyə imkan verir. Maksimum sürəti 40 km/saat olan kater kondisionerlə təchiz edilib.

Silahlanması

DSX tərkibində istismar edilən S-14 patrul katerində 7.62 mm-lik PKM pulemyotundan istifadə edilir. PKM- 7.62 mm-lik Kalaşnikov pulemyotunun (PK) modernləşdirilən versiyasıdır. 1961-ci ildə SSRİ Silahlı Qüvvələri tərəfindən silahlanmaya qəbul edilən PK standart versiyası XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində bir çox müharibələrdə və silahlı qarşıdurmalarda istifadə edilib. Sadəliyi və etibarlılığı ilə fərqlənən pulemyotdan bir çox silahlı qoşun növlərində, xüsusilə motoatıcı bölmələrdə PK (PKM) və zirehli vasitələr üzərində quraşdırılan PKT versiyalarından geniş istifadə edilir.

PKM pulemyotunun Taktiki-Texniki Xüsusiyyətləri:

Kütləsi: 7.5 kq;
100 ədəd mərmi ilə təchiz olunan lenta və qutunun kütləsi: 3.9 kq;
200 ədəd mərmi ilə təchiz olunan lenta və qutunun kütləsi: 8 kq;
Uzunluğu: 1173 mm;
Lülə uzunluğu: 605 mm;
Mərmi çapı: 7.62 × 54 mm R;
İş prinsipi; barıt qazlarının çıxarılması və dönən çaxmaq;
Atəş tezliyi: dəqiqədə 650 mərmi;
Mərminin ilkin sürəti: 825 m/s;
Atəş məsafəsi: 1500 m;
Maksimum atəş məsafəsi: 3800 m;
Sursat lentinin tutumu: 100/200/250 ədəd.

S-14 katerinin Taktiki-Texniki Xüsusiyyətləri

Bakıya təhvil verilməzdən əvvəl təmir edilərək modernləşdirilən, mühafizə, axtarış və xilasetmə funksiyalarını yerinə yetirmək üçün nəzərdə tutulan patrul S-14 katerinin uzunluğu 25,1 metrdir.

“Point Brauer” layihəli SGG-nin taktiki-texniki östəriciləri:

ABŞ-da istismara başladığı tarix: 29 avqust 1962;
ABŞ-da istismardan çıxarıldığı tarix: 3 aprel 2000;
DSX-da istismara başladığı tarix: 20 sentyabr 2003-cü ildən bu günə qədər;
Su tutumu: 64 ton;
Uzunluğu: 25.1 m;
Eni: 5,4 m;
Maksimum suyaoturma: 1.76 m;
Mühərrik sayı: 2 ədəd;
İstifadə edilən mühərrik tipi: 2×425 at gücündə “Caterpillar 3412” dizel;
Sürəti: 21.7 uzel;
Dizel generatoru: 2 ədəd “Onan 4B 3.9”
Dizel generatorlarının sayı və gücü: 2x 35 kVt
Maksimum üzmə məsafəsi: 1300 km;
Heyəti: 10 nəfər;
Silahlanması: 1 ədəd 7.62 mm-lik PKM pulemyotu;
Müşahidə və aşkarlama vasitələri: “Furuno” tipli RLS.

Nəticə

ABŞ-ın DSX-ya yardımı əsasən Xəzər hövzəsində mövcud olan sərmayələrini etibarlı şəkildə qoruması ilə əlaqədardır. Bu addımlar terrorçu qruplaşmaların Xəzərə və Qərbin böyük sərmayələr yatırdığı neft-qaz layihələrinə müdaxiləsini önləmək məqsədi daşıyır. S-14 adlanan “Point Brauer” patrul kateri ABŞ hökumətinin ölkəmizə verdiyi üçüncü (bəzi mənbələri nəzərə alsaq beşinci) dəniz vasitəsidir. S-14-dən başqa, ABŞ tərəfindən 2001-ci ildə də Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə briqadasına ABŞ-ın Sərhəd Mühafizəsinin 48 futluq “Silver Ship” tipli 2 patrul kateri və RİB-36 tipli metal karkaslı hava ilə doldurulan rezin katerlər verilib. Hazırda “Point Brauer” S-14, RİB-36 rezin katerləri S-09 və S-10, “Silver Ship”lər isə S-11 və S-12 adı altında Xəzər hövzəsində döyüş vəzifələrini yerinə yetirir.

Xəzərdə baş verə biləcək istənilən insident, digər region ölkələri ilə müqayisədə Azərbaycana daha çox ziyan vura bilər. Ölkəmizin paytaxtı və sənayesinin əsaslı hissəsi Xəzər dənizi sahilində yerləşməsi, neft-qaz hasilatı ilə bağlı hasilat və emal sənaye obyektlərinin, infrastrukturların böyük bir hissəsinin birbaşa dəniz akvatoriyasında və sahilyanı zolaqda fəaliyyət göstərməsi, əhalimizin yarıdan çoxunun sahil zolağında sıx məskunlaşması, idarəetmə orqanlarının əksəriyyətinin sahil zolağına yaxın yerləşməsi Azərbaycanın risklərinin miqyasını təxmin etməyə imkan verir. Xəzər akvatoriyasında ən böyük liman və tərsanələrinin də məhz bizim ölkə ərazisində yerləşməsi də böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, Xəzərin təhlükəsizlik konsepsiyasının həyata keçirilməsində bütün bu faktorlar nəzərə alınmalı, mühafizə tədbirlərində uzaqmənzilli radiolokasiya və müşahidə stansiyalarının tətbiqindən geniş istifadə edilməli, tərəfdaş ölkələrlə əməkdaşlıq platformalarında mövcud təhdidlərin neytrallaşdırılmasına dair fəaliyyət planı təsdiq edilməli və bu fəaliyyətlərin reallaşdırılmasında DSX amili ön plana çıxarılmalıdır.

Mənbələr:

https://flot.com/history/interesting/azerbaidzhan.htm
https://en.wikipedia.org/wiki/Point-class_cutter
https://ctakan-divanych.livejournal.com/1280530.html
https://www.guns.com/news/2013/04/17/the-oerlikon-cannon-the-legendary-20mm-kamikaze-killer
https://www.militaryfactory.com/armor/detail.asp?armor_id=814
http://russ-flot.narod.ru/SNG_azerbaydjan.htm
https://en.wikipedia.org/wiki/USCGC_Point_Glass_(WPB-82336)

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   S-14  

ABŞ-ın Azərbaycana verdiyi S-14 “Point Brauer” patrul katerləri - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2020/02/7-11075372252.jpg
Oxunub: 3537     15:22     20 Fevral 2020    