Rusiya Hitleri əzən əfsanəvi T-34 tankını geri gətirir?

2020/01/Char_-1579255163.jpg
Oxunub: 1736     15:53     17 Yanvar 2020    
Rusiyanın əfsanəvi T-34 tankının yenidən istehsal xəttinə başlanır? Tank həvəskarları və rus millətçiləri üçün maraqlı xəbər: T-34 tankına yeni nəfəs veriləcək. Bu, ötən ilin aprelin birində Rusiyanın hərbi saytlarından birinin “1 aprel” zarafatı kimi yayımlanmışdı. Lakin bütün yaxşı düşünülmüş “1 aprel” zarafatları kimi, həmin əhvalat da işlədi.

Putin hökumətinin İkinci Dünya Müharibəsi simvollarından istifadə etməklə əhalinin patriot hislərini alovlandırma cəhdləri ölkənin iqtisadi vəziyyətindən dolayı bir o qədər də uğurlu olmur. Həmin müharibənin başlıca simvollarından biri də T-34 tankıdır. Sovet ordusunun onurğa sütununu təşkil edən T-34 üçüncü reyxi məğlub etdi. 1940-1958-ci illər ərzində 84 min T-34 və onun xələfi T-34/85 hazırlandı.

Onlardan bəzilər hələ də dünyanın müxtəlif yerlərində istifadədə deyil. Ötən il Rusiya Laos ordusu tərəfindən istifadə olunmuş 30 ədəd T-34/85 tankını geri aldı. Həmin tanklar Rusiyanın müxtəlif şəhərlərində İkinci Dünya müharibəsindəki qələbə münasibətilə küçələrdə dövr etdi.

Rusiyanın BMPD müdafiə jurnalı bu ideyanı bir qədər də irəli apararaq, sözügedən tankların istehsalının yenidən başladılacağını bildirdi. İddia edilirdi ki, tank istehsalçısı olan “Uralvagonzavod” Müdafiə Nazirliyi ilə T-34-35 tankının istehsalına dair müqavilə imzalayıb. Guya eyni zamanda Rusiya Müdafiə Nazirliyi və Baş Siyasi İdarəyə əsgərlərin bu tanklardan istifadə qaydalarının öyrədilməsi tapşırılıb. T-34-ün istehsalının yenilənməsi Rusiya istehsalçılarına T-14 “Armata” kimi müasir tankları necə inşa etmək lazım olduğunu öyrədəcək.

“Niyə T-34-lə dayanaq? Müdafiə Nazirliyinin istəyi üzərinə “Uralvagonzavod Tədqiqat və İstehsalat Korporasiyası digər tarixi vasitələrin – Su-100, Su-76M, T-34/76, IS-2M, IS-3M və T-35-in də bərpası ilə bağlı çalışmalarını sürətləndirib”, - deyə xəbərdə bildirilir.

Qeyd edək ki, T-34 iddialara görə İDM-nin ən yaxşı tankı olub. Onun orginal versiyasında 76 mm-lik top var idi və bu primitiv rusların ciddi silah hazırlaya bilməyəcəyinə inanan almanları şok etmişdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: T-34   Rusiya  

Rusiya Hitleri əzən əfsanəvi T-34 tankını geri gətirir?

2020/01/Char_-1579255163.jpg
Oxunub: 1737     15:53     17 Yanvar 2020    