Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, korporativdə əsasən 3 şəxs - Arayik Harutyunyan, Sasun Mikayelyan və Suren Papikyan tost deyiblər.
Papikyanın çıxışı Nikol Paşinyanın asfaltlama nailiyyətlərinə dair ilsonu yekun notası ilə əlaqəli olub, Sasun Mikayelyanın çıxışı zamanı isə iştirakçılar “daş kəsib”lər.
O, özünəməxsus xalq lüğəti ilə deyib: “Özümüzə gəlməli, bir-birimizi daha yaxşı tanımağa çalışmalı, bizi istəməyənləri sevindirməməliyik. Bu gün bölgə çox ağır vəziyyətdədir, biz ölkə daxilində bir-birimizi yeyirik, bir-birimizin altını qazırıq və hamımız, o cümlədən də siz, cənab Baş nazir özümüzə gəlməliyik”.
“Mənim addımımçı”lar heyrətlə Nikol Paşinyana tərəf baxıblar, o isə baş barmağı ilə Sasuna əla işarəsi göstərib, hamının nəfəsi yerə düşüb.
Bundan sonra Sasun 90-cı illərdə müharibə vaxtı İran tərəfə bir-iki raket düşdüyünü, məsələni “normal bağlaya” bildiklərini qeyd edib və Paşinyana məsləhət verib: “Baş nazir can, kimsə “mutilovka” etmək üçün idarədən çıxanda dərhal inanma, digər tərəfi çağır, qarşında oturt, nə olub-olmadığının hamısını öyrən, komanda əldən gedir”.
Alpər Mövludoğlu
Ordu.az