“Tuşonka” generalının əsgər nəvəsinə qarşı təzyiqlər edilir

2017/12/cebhe-ermeni-(4)23423_1511431220345345_1513682275.jpg
Oxunub: 2440     17:34     17 Yanvar 2020    
Bu yaxınlarda, sağlamlığına görə həbsdən buraxılan erməni general Manvel Qriqoryana qarşı müxtəlif xarakterli təzyiqlər sırf onun şəxsiyyəti ilə məhdudlaşmır. Təzyiqlərin, təxribatların sırası onun nəvələrinə də çatıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən adı açıqlanmayan mənbə məlumat verib.

Mənbənin məlumatına görə, Qriqoryanın nəvələrindən biri Vazgen Qriqoryan silahlı qüvvələrdə xidmət edir və səlahiyyətli şəxslər Vazgen Qriqoryanı müxtəlif uydurma hekayələrə cəlb etməyə çalışaraq müxtəlif vasitələrlə durmadan çətin vəziyyətlər yaradırlar, babası ilə əlaqəli cinayətləri eyhamlarla xatırladaraq daim onu nümayişkəranə şəkildə yoxlayırlar.

Eyni mənbənin məlumatına görə, qohumlar Vazgen Qriqoryanın təxribatlara təhrik olunmaması üçün ona daim baş çəkirlər və sakitləşdirirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Təzyiq   Ermənistan-ordusu  

“Tuşonka” generalının əsgər nəvəsinə qarşı təzyiqlər edilir

2017/12/cebhe-ermeni-(4)23423_1511431220345345_1513682275.jpg
Oxunub: 2441     17:34     17 Yanvar 2020    