Albaniya ATƏT sədrliyini öz üzərinə götürür: Qarabağ münaqişəsinin nizama salınması prosesində vəziyyət dəyişəcək?

2020/01/EAHK1-1579253457.jpg
Oxunub: 2140     16:29     17 Yanvar 2020    
“Demək olar ki, bu səylərin təsiri çox kiçik olub, çünki danışıqların prosesinin necə aparılmasına tərəflər özləri qərar verir”.

Ordu.az xəbər verir ki, bunu avropalı politoloq Nikolya Hayos Albaniyanın ATƏT-ə həmsədrlik edən ölkə kimi danışıqlar prosesinə necə töhfə verəcəyini şərh edərkən deyib.

Onun sözlərinə görə, Albaniya ATƏT sədrliyini öz üzərinə götürməklə ATƏT gündəmini, onun prioritetlərini üzərinə götürür və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində səylər də prioritetlərin siyahısındadır.

“Lakin həmçinin xatırlamaq lazımdır ki, son illərdə sədrlik edən ölkələr platforma kimi xidmət etməkdən, münaqişə zonasına səfərlər etməkdən başqa nizama salınma prosesində irəliləyiş əldə etməyi bacarıb. Demək olar ki, bu səylərin təsiri çox kiçik olub, çünki danışıqların prosesinin necə aparılmasına tərəflər özləri qərar verir, ATƏT-in buradakı rolu sabitliyin davamlılığının təminatı, danışıqlara texniki cəhətdən töhfə verməkdir. Əgər Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət partlayış dərəsəsində təhlükəli olarsa, onda sədrlik edən ölkə bu istiqamətdə aktiv şəkildə işləməyə başlayır”, - deyə Hayos bildirib.

Almaniyalı analitik Syuzan Styuart isə öz növbəsində bildirib ki, ümumi mənada ATƏT, eləcə də sədrlik edən ölkələrin diplomatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi halında ATƏT-in Minsk qrupunun səylərinə güvənirlər və daha təşəbbüslü siyasət nümayiş etdirmirlər.

“Sədrlik edən ölkədən nə gözləmək məsələsi vəziyyətlərə bəyanatlarla, diplomatik kanallarla göstərilən ardıcıl reaksiyalardır. Təbii ki, ATƏT daha fəal rola malik ola bilər, lakin bunu böhran vəziyyətlərində edir. Dağlıq Qarabağ münaqişəsinin konkret həllinə gəlincə, hesab edirəm ki, sədrlik edən ölkənin səylərindən asılı olmayaraq, o, həmişəki məntiqlə davam edəcək”, - deyə analitik bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Albaniya ATƏT sədrliyini öz üzərinə götürür: Qarabağ münaqişəsinin nizama salınması prosesində vəziyyət dəyişəcək?

2020/01/EAHK1-1579253457.jpg
Oxunub: 2141     16:29     17 Yanvar 2020    