Hikmət Hacıyev Paşinyanın 20 Yanvar şəhidləri barədə fikirləri barədə: "Ondan başqa nə gözləmək olardı?

2019/07/10634-1564563431.jpg
Oxunub: 1289     12:56     17 Yanvar 2020    
"O, Soljenitsını faşist cəlladı, faşist qüvvələrinin tərkibində qulluq etmiş Njde Qareginlə müqayisə etmişdi".

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Baş Naziri Nikol Paşinyanın 20 Yanvar şəhidləri ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi cəfəng, ziddiyyətli bəyanatlar verir.

H. Hacıyev N. Paşinyanın 20 Yanvar şəhidlərini ekstremist adlandırdığını xatırladıb: "Bu, cəfəngiyyatın bariz nümunəsidir, ondan başqa nə gözləmək olardı? O, Soljenitsını faşist cəlladı, faşist qüvvələrinin tərkibində qulluq etmiş Njde Qareginlə müqayisə etmişdi".

H. Hacıyev 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu, şəhidlərin xatirəsinin əziz tutulduğunu vurğulayıb.

"20 Yanvar beynəlxalq səviyyədə, bütün diplomatik nümayəndəliklərimizdə də qeyd olunur. 20 Yanvar faciəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir, faciə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hikmət-Hacıyev   20-Yanvar  

Hikmət Hacıyev Paşinyanın 20 Yanvar şəhidləri barədə fikirləri barədə: "Ondan başqa nə gözləmək olardı?

2019/07/10634-1564563431.jpg
Oxunub: 1290     12:56     17 Yanvar 2020    