Ermənistan HHQ-də 85 ton aviayanacağın mənimsənilməsi halı aşkara çıxarılıb

2019/06/17_09-1559548137.jpg
Oxunub: 2065     16:14     17 Yanvar 2020    
Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin bir qrup hərbi qulluqçusu əvvəlcədən razılığa gələrək və rəsmi mövqeyindən istifadə edərək 2019-cu ilin iyul ayından dekabr ayına qədər olan müddət ərzində onlara etibar edilmiş, hərbi hissənin planlı təlim uçuşlarının həyata keçirilməsi üçün ayrılmış 40 milyon erməni dramından artıq dəyərdə 85 ton aviayanacağı mənimsəyib və satıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, növbəti dəfə 640 litr aviayanacağı hərbi hissə ərazisindən çıxararkən və alıcıya təhvil verərkən Ermənistan MTX əməkdaşları tərəfindən cinayət işinin qarşısı alınıb.

Faktla bağlı Ermənistan MTX-nin istintaq departamentində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Yanacaq   MTX   Oğurluq  

Ermənistan HHQ-də 85 ton aviayanacağın mənimsənilməsi halı aşkara çıxarılıb

2019/06/17_09-1559548137.jpg
Oxunub: 2066     16:14     17 Yanvar 2020    