Düşmənlə üzbəüz mövqedə xidmət etməyimiz bu dəyəri daha da gücləndirir

2020/01/06a26-1579246362.jpg
Oxunub: 2517     15:41     21 Yanvar 2020    
- Əziz qardaşım, silah yoldaşım. Bildiyin kimi, əsgərlik əsl kişilik, mətinlik, dözümlülük məktəbidir. Bu məktəbdə əlaçı olmaq hər birimizin müqəddəs borcudur. Bunun üçün Vətənimizə layiqli xidmət etməli, komandirlərimizin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirməli, torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olmalıyıq. Bu yolda uğurla addımlamaq üçün hərbin sirlərinə dərindən yiyələnməliyik. Vətənimizin keşiyində dayandığımız hər anın məsuliyyətini dərk etməli, həmin duyğuları yaşamalıyıq. Necə deyərlər, Vətənin əvvəli-axırı olmur. Vətənin hər qarış torpağı əzizdir, dəyərlidir. Düşmənlə üzbəüz mövqedə xidmət etməyimiz bu dəyəri daha da gücləndirir.

Hər fəsildə təbiətin gözəlliyi insanı valeh edir. Yaz aylarında ətraf yaşıllığa, qışda isə ağ örpəyə bürünür. Bir anlıq xalqımızın necə gözəlliklərə sahib olduğunu fikirləşirsən. Ancaq qeyri-ixtiyari düşmənin törətdikləri insanlığa sığmayan vəhşiliklər yadıma düşür. Həsrətlə cəsur oğullarının yolunu gözləyən Şuşa, Xocalı... qisasının alınacağı günə səbirsizlənən şəhidlərimizin ruhu da üzərimizə düşən məsuliyyəti xatırladır. Səngərdən əzəli torpaqlarımızı seyr eləmək o qədər çətindir, insan qəzəbini zorla cilovlaya bilir. İnanıram ki, tezliklə Azərbaycan əsgəri qəzəbini düşmənin üzərinə yağdıracaq. O torpaqların bizim olduğu gün kimi aydındı.

Əsgəri xidmətimin çox hissəsini başa vurmuşam. Hərbi hissədə biz əsgərlər üçün hər cür sosial-məişət şəraiti yaradılıb. Komandirlərimiz bizə doğma münasibət bəsləyir, hərbin sirlərini yüksək səviyyədə mənimsəməyimiz üçün əllərindən gələni əsirgəmirlər. Hərbi xidmət mənə çox şey öyrətdi. Bu gün əzizlərimizin rahat yaşamaları biz əsgərlərdən asılıdı. Bunu rəhbər tutaraq döyüş növbətçiliyini ikiqat məsuliyyətlə aparırıq. Əlbəttə, bu yolda biz yalnız deyilik. Bizim arxamızda ordusuna güvənən Azərbaycan xalqı dayanır.

Əziz qardaşım, onu da deyim ki, düşmən olduqca cılız, xam xəyallarla yaşayır. Düşmənin digər xalqlardan mənimsədikləri və üzərində gəzdikləri torpaqlar onlara məxsus deyil. Bizim isə zəngin tariximiz, Mübariz, Samid, Çingiz ... kimi igidlərimiz var. 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin Günnüt zəfərində əsgərlərimizin yazdığı şücaət salnaməsi, qazandığı qələbə bizi ruhlandırır, Böyük Qələbə gününə az qaldığına inamımızı daha da artırır. Bu gün ordumuzun şəxsi heyəti Ali Baş Komandanımızın döyüş əmrini yerinə yetirməyə hazırdır. Bu düşmənə də bəllidir. Arzumdur ki, torpaqlarımızı işğaldan azad edək, Cıdır düzündə at çapım. İnşallah, həmin günə az qalıb.

Röyal Mirzəyev, "N" hərbi hissəsi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Cəbhə   Qələbə  

Düşmənlə üzbəüz mövqedə xidmət etməyimiz bu dəyəri daha da gücləndirir

2020/01/06a26-1579246362.jpg
Oxunub: 2518     15:41     21 Yanvar 2020    