“Buna qadir olmaq üçün dözümlü, səbirli, iradəli, güclü olmalıyıq”

2020/01/492c2-1579246303.jpg
Oxunub: 1487     11:31     22 Yanvar 2020    
“N” hərbi hissədəyik. Hərbi hissədə şəxsi heyəti ilə birlikdə fiziki hazırlıqla məşğul olan gizir Lütvün Həsənovla həmsöhbət oluruq. "Azərbaycan Ordusunun rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində burada müasir standartlara uyğun formalaşdırılan idman şəhərciyi hərbi qulluqçularımızın idmanın bütün növləri ilə məşğul olmasına geniş şərait yaradıb", - deyə söhbətə başlayan gizir Lütvün Həsənov idmanın hər bir kəs üçün əhəmiyətli olduğunu vurğuladı.

O bildirdi ki, şəxsi heyətin idmana olan marağının artırılması məqsədilə yarışlar təşkil olunur: "Həmin yarışlarda fərdi və yaxud komanda şəklində yer qazanan hərbi qulluqçularımız mükafatlarla təltif olunurlar. Döyüşdə uğur əldə etmək üçün hərbi qulluqçuların fiziki hazırlıqları yüksək səviyyədə olmalı, onlar verilən tapşırıqları cəld və vaxtında yerinə yetirməli, müəyyən məsafəni qət etməlidirlər. Əsas məqsəd burada döyüşçünün sağlamlığını, iradəsini, dözümlülüyünü yüksəltməkdir. Buna görə də şəxsi heyətlə günün nizam qaydasına uyğun olaraq hər gün fiziki hazırlıq məşğələləri keçirilir".

Gizir Lütvün Həsənovun şəxsi heyətə idmanı vahid komanda şəklində həyata keçirməsi məndə xoş təəssürat yaratdı. Bu oğullar Lələtəpədə, Bayraqtəpədə, Cocuq Mərcanlıda qazanılan uğurları davam etdirəcəklər. Ordumuzu tarixi Qələbəyə daşıyacaqlar. Bunu onların gözlərindən də oxumaq mümkün idi.

İnamımın təsdiqini şəxsi heyətlə olan söhbət zamanı da tapıram. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şirzad Əliyev bildirdi ki, torpaqlarımız uğrunda canından keçməyə hər zaman hazırdır: "Mən və əsgər yoldaşlarımın bir məqsədi var - torpaqlarımızı işğaldan azad etmək və erməniləri tarixi torpaqlarımızdan qovub çıxarmaq. Buna qadir olmaq üçün dözümlü, səbirli, iradəli, güclü olmalıyıq və məqsədimizə çatmaq üçün komandirlərimizin göstərdiyi səy nəticəsində fiziki hazırlıqlarımızın səviyyəsini daim artırmalıyıq. Onların yaddaşlarına həkk etdirməliyik ki, Azərbaycan Ordusu yenilməzdir".

Qisas hissi ilə alışıb-yanan daha bir müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, dəfələrlə boks üzrə respublika çempionu və beynəlxalq yarışların qalibi kiçik çavuş Eldost İbadlı isə bildirdi ki, məktəbdə oxuyanda ermənilərin xalqımıza qarşı insanlıqdan kənar hərəkətlərə yol verdiklərini öyrənib: "Onların bizim dinc sakinlərimizə verdiyi əzabların, körpələrin, qocaların, hamilə qadınların başlarına gətirdiyi işgəncələrin tarixdə analoqu yoxdur. Torpaqlarımız uğrunda canlarından keçən, qəhrəmancasına şəhid olanların qisasını almaq naminə fiziki cəhətdən güclü olmalı idim və buna görə də idmanla məşğul olmaq qərarına gəldim. Hərbi xidmətə gəlməmişdən əvvəl idmanın boks növü ilə məşğul oldum və yüksək nailiyyətlər əldə etdim. Komandirlərimizə minnətdarlığımı bildirirəm ki, bizlərin fiziki və mənəvi-psixoloji cəhətdən hazırlıqlı olması üçün əllərindən gələni əsirgəmirlər".

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ülvi Qurbanov və digər əsgərlər güləş üzrə respublika və ordu birinciliklərinin qalibi Murad Hüseynov, Əli Əlizadə, Nicat Şabanov, Elnur Sadıqov, İntiqam Abbasov da fiziki hazırlığın şəxsi heyətin formalaşmasında böyük əhəmiyyət kəsb etdiyindən söz açdılar və bildirdilər ki, fiziki hazırlıq sağlamlıqdır, insanda iradəni, dözümü, gücü artırmaq üçün əsas vasitədir. Hər bir insanın bədəni sağlam olmalıdır. "Hərbi qulluqçu həm fiziki, həm döyüş hazırlığı baxımından yüksək səviyyədə olmalıdır ki, döyüşdə uğur əldə edə bilsin".

Məhəmməd Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Fiziki-hazırlıq  

“Buna qadir olmaq üçün dözümlü, səbirli, iradəli, güclü olmalıyıq”

2020/01/492c2-1579246303.jpg
Oxunub: 1488     11:31     22 Yanvar 2020    