“Vətənpərvərlik kino həftəsi” çərçivəsində Milli qəhrəmanlarımızın şərəfli ömür yolu vərəqlənir

2020/01/15792-1579245472.jpg
Oxunub: 953     11:15     17 Yanvar 2020    
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Qaradağ rayon Heydər Əliyev Mərkəzində, A.R.Qobustanlı adına Mədəniyyət evində, Suraxanı rayon Heydər Əliyev Mərkəzində və Şüvəlan qəsəbə Mədəniyyət evində filmlərin nümayişi davam etdirilib.

Ordu.az xəbər verir ki, izləyicilər Qaradağ və Suraxanı rayonlarındakı Heydər Əliyev mərkəzlərində Milli Qəhrəman Rövşən Əliyevə həsr olunmuş “Rövşən” filminə (rejissor Natiq Qurbanov), A.R.Qobustanlı adına Mədəniyyət evində Milli Qəhrəman Məmməd Hüseynova həsr olunmuş “Müəllim” filminə (rejissor Emin Əfəndiyev) və Şüvəlan qəsəbə Mədəniyyət evində Milli Qəhrəman Səxavət Məhərrəmova həsr olunmuş “Məni yada salarkən” filminə (rejissor Yavər Rzayev) tamaşa ediblər.

Mədəniyyət müəssisələrində tədbirlər dövlət himninin səslənməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Filmlərin nümayişindən əvvəl “Vətənpərvərlik kinosu həftəsi” layihəsinin məqsəd və məramı haqqında məlumat verilib, yaradıcı heyət, Milli qəhrəmanların ailə üzvləri və silahdaşları onların göstərdikləri igidliklərdən bəhs ediblər.

Qeyd edək ki, artıq üçüncü ildir həyata keçirilən bu layihənin əsas məqsədi əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli qəhrəmanlarını gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Milli-Qəhrəmanlar   Vətənpərvər  

“Vətənpərvərlik kino həftəsi” çərçivəsində Milli qəhrəmanlarımızın şərəfli ömür yolu vərəqlənir

2020/01/15792-1579245472.jpg
Oxunub: 954     11:15     17 Yanvar 2020    