Erməni hərbi qulluqçu qəzaya düşüb - Yaralılar var

2020/01/6a526-1579242317.jpg
Oxunub: 1909     10:24     17 Yanvar 2020    
Yanvarın 16-da Ermənistanın Kotayk vilayətində böyük avtoqəza baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 23:30 radələrində Hrazdan şəhər sakini, 19 yaşlı Davit Arzumanyan idarə etdiyi "Mitsubishi" markalı "31 OՏ 065" nömrəli avtomobil ilə Hrazdan şəhərinin "Hay-Fidayinner" küçəsində - Vanatur məhəlləsi yaxınlığında naməlum şəraitdə (ilkin məlumata görə, yolun qardan təmizlənməməsinə görə) idarəetməni itirib, yolun hərəkət zolağından çıxaraq aşıb.

Məlumata görə, qəza nəticəsində sürücü D. Arzumanyan, onun sərnişinləri, həmyaşıd və həmşəhərlilər Varazdat Mxitaryan və Vanik Mxitaryan "Hrazdan" tibb mərkəzinə yerləşdiriliblər.

Qeyd olunur ki, sürücü D. Arzumanyan Ermənistan Müdafiə Nazirliyində müddətli hərbi qulluqçu kimi xidmət edir.

Xatırladaq ki, son günlər Qazax istiqamətində baş verən gərginlik fonunda düşmən itkilərini gizlətməyə çalışır. Nəticədə qəza, intihar və buna bənzər digər versiyalarla yüksək rütbəli hərbçisinin yaralanma faktını ört-basdır edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Qəza   Yaralı  

Erməni hərbi qulluqçu qəzaya düşüb - Yaralılar var

2020/01/6a526-1579242317.jpg
Oxunub: 1910     10:24     17 Yanvar 2020    