Pentaqon: ABŞ Silahlı Qüvvələri İraqı tərk etməyi planlaşdırmır

2020/01/69c8f-1579241373.jpg
Oxunub: 851     11:21     17 Yanvar 2020    
“Vaşinqton Bağdadla ABŞ qoşunlarının bu Yaxın Şərq ölkəsində olması ilə bağlı danışıqlar aparır. Hələ də suveren və firavan İraqın dostu və ortağı olmaq istəyirik”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu cümə axşamı Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman jurnalistlərin suallarını cavablandırarkən deyib.

Hoffman əlavə edib ki, məqsəd ABŞ silahlı qüvvələrini bölgədə, İraqda saxlamaqdır.

İraqdakı iki əraziyə raket zərbələrinin endirildiyini xatırladan Pentaqon rəsmisi bildirib ki, ABŞ ordusunun olduqca təsirli erkən aşkarlama sistemi var.

“Bu sistem sayəsində hücum zamanı xəsarət alan və ya ölən olmadı”, - dyeə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   İraq  

Pentaqon: ABŞ Silahlı Qüvvələri İraqı tərk etməyi planlaşdırmır

2020/01/69c8f-1579241373.jpg
Oxunub: 852     11:21     17 Yanvar 2020    