Makron “Jaguar” xüsusi təyinatlı dəstələrinin Yaxın Şərqə göndərildiyini açıqlayıb

2020/01/10376-1579241240.jpg
Oxunub: 803     11:05     17 Yanvar 2020    
Fransa Prezidenti Emmanuel Makron İŞİD terror qruplaşmasının yaraqlılarına qarşı mübarizə aparmaq üçün Yaxın Şərqdə yerləşdirilən “Jaguar” xüsusi təyinatlı dəstələrinin olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə o, “Tweeter” səhifəsində yazıb.

Makron bildirib ki, bölgədəki dəyişikliklərə baxmayaraq, Yaxın və Orta Şərqdə Fransanın qüvvələri İSİD-lə mübarizə əməliyyatını davam etdirir.

“Qısa müddətdə Ərəbistan yarımadasına və Fars körfəzinə “Jaguar” xüsusi təyinatlı qüvvələrini yerləşdirdik”, - deyə Fransa prezidenti əlavə edib.

Qeyd edək ki, daha əvvəl Makron Fransanın “Şarl de Qoll” təyyarə daşıyıcısının İŞİD terrorçularına qarşı mübarizəni davam etdirmək məqsədilə Aralıq dənizinə qayıtdığını bəyan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Makron   Jaguar  

Makron “Jaguar” xüsusi təyinatlı dəstələrinin Yaxın Şərqə göndərildiyini açıqlayıb

2020/01/10376-1579241240.jpg
Oxunub: 804     11:05     17 Yanvar 2020    