ABŞ Venesuela hakimiyyətini "Hizbullah"la əlaqədə olmaqda ittiham edir

2020/01/AP191-1579241033.jpg
Oxunub: 996     10:48     17 Yanvar 2020    
“ABŞ yenidən Venesuela hakimiyyətini Livan "Hizbullah" partiyası ilə əlaqədə olmaqda, həmçinin Kolumbiyanın solçu üsyançı qruplarına, Milli Azadlıq Ordusuna və Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinə dəstək verməkdə ittiham edib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu açıqlama cümə axşamı ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi tərəfindən jurnalistlərlə keçirilən telefon brifinqində verilib.

Maduronun bu addımından çox narahat olduqlarını dilə gətirən diplomat bildirib ki, bu, sadəcə qəbuledilməzdir.

Amerikalı diplomatın sözlərinə görə, ABŞ dövlət katibi Mayk Pompeo yanvarın 20-də Boqotada keçiriləcək terrorla mübarizəyə həsr edilmiş konfransında bu məsələni müzakirə etmək niyyətindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Venesuela   Hizbullah  

ABŞ Venesuela hakimiyyətini "Hizbullah"la əlaqədə olmaqda ittiham edir

2020/01/AP191-1579241033.jpg
Oxunub: 997     10:48     17 Yanvar 2020    