Qazaxda tank əleyhinə raket tapılıb

2020/01/anama-1579240942.jpg
Oxunub: 756     10:01     17 Yanvar 2020    
Qazaxda 1 ədəd tank əleyhinə idarəolunmayan PQ-7S raketi aşkar olunub.

Bu barədə Ordu.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

2020-ci il 16 Yanvar tarixində saat 16:55-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Kəmərli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə idarəolunmayan PQ-7S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 16 yanvar 2020-ci il tarixlərində 12 siqnal (əməliyyat çağırışı) əsasında 10 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağstafa, Xızı, Qazax, Sabirabad, Tovuz rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 1 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq sahəsinə, çay sahilinə baxış keçirilib, 37 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina, 455 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 3 170 kv.m ərazi yerüstü və 286 kv.m ərazi yeraltı yoxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qazax   ANAMA  

Qazaxda tank əleyhinə raket tapılıb

2020/01/anama-1579240942.jpg
Oxunub: 757     10:01     17 Yanvar 2020    