İsrail HƏMAS-ın Qəzzadakı mövqelərinə aviazərbələr endirib

2020/01/12196-1579240819.jpg
Oxunub: 789     09:58     17 Yanvar 2020    
İsrail hərbiçiləri üzərinə partlayıcı maddələr qoyulan şarların ölkə ərazisinə buraxılmasına cavab olaraq HƏMAS hərəkatının mövqelərinə aviazərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi açıqlama yayıb.

“Gün ərzində Qəzza zolağından İsrail ərazisinə üzərində partlayıcı maddə olan şarlar buraxılıb. Buna cavab olaraq, bir müddət əvvəl İsrail Müdafiə Nazirliyinə məxsus döyüş helikopterləri Qəzzanın şimalında HƏMAS-ın yeraltı əməliyyatlar üçün istifadə etdiyi infrastruktura zərbələr endirib”.

Qeyd edək ki, İsrail tərəfi çərşənbə günü də HƏMAS-ın Qəzza zolağındakı hədəflərinə analoji hücumlar edib. Bu hücum HƏMAS-ın İsrail tərəfə 4 raket mərmisi atmasına cavab olaraq həyata keçirilib. Mərmilərdən ikisinin "Dəmir Günbəz" müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   HƏMAS  

İsrail HƏMAS-ın Qəzzadakı mövqelərinə aviazərbələr endirib

2020/01/12196-1579240819.jpg
Oxunub: 790     09:58     17 Yanvar 2020    