ABŞ-ın bazalarının bombalanması nəticəsində 11 hərbçi yaralanıb

2020/01/downl-3157997740.jpg
Oxunub: 1401     09:09     17 Yanvar 2020    
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 ABŞ hərbçisi yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Defense One” ABŞ-dakı hərbi mənbələrinə istinadən məlumat yayıb.

“Bu həftə onlar (yaralılar) kəllə-beyin travması ilə müalicə və sonrakı müayinə üçün Almaniyada və Küveytdə yerləşən Amerika hərbi xəstəxanalarına təxliyə ediliblər”.

Cümə axşamı ABŞ-ın İraqdakı komandanlığı bəzi əsgərlərin kəllə-beyin travması ilə bağlı müalicə edildiyini etiraf etmişdi.

Nəşrin yaydığı məlumatlardan sonra, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına yanvarın 8-də endirdiyi aviazərbələr nəticəsində 11 hərbçinin yaralanması ilə bağlı xəbəri təsdiq edib.

Komandanlığın rəsmisi Bill Erbanın sözlərinə görə, müalicə alan hərbçilərin xidmət üçün yararlı olduqları zaman İraqa qayıdacaqları gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   İran   İraq   SEPAH   CENTCOM  

ABŞ-ın bazalarının bombalanması nəticəsində 11 hərbçi yaralanıb

2020/01/downl-3157997740.jpg
Oxunub: 1402     09:09     17 Yanvar 2020    