Qəbələdə hərbi xidmətini başa vurmuş gənclərin təntənəli qarşılanması mərasimi keçirilib - FOTOLAR

2020/01/1579180730.jpg
Oxunub: 949     17:16     16 Yanvar 2020    
Yanvarın 16-da Qəbələ rayonundan olan müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış gənclərin təntənəli qarşılanma mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Ordu.az-a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbəsinin şəxsi heyətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti, şəhid ailələri nümayəndələrinin, veteranlar, gənclərin və valideynlərin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə rayon mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbirdə SHXÇDX-nin Qəbələ rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rahim Ağayev ehtiyata buraxılmış hərbi vəzifəliləri və onların ailə üzvlərini təbrik edərək gənclərə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyib. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirildiyini və hazırda regionun ən güclü ordusuna çevrildiyini vurğulayıb.

Qəbələ rayon Ağsaqqallar Şurasının sədri Nazim Mustafayev, müharibə veteranı Mehdi Həmidov müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşdüyünü qeyd ediblər. Ordu sıralarından ehtiyata buraxılan gənclər adından danışan Rahim Kərimov Vətən naminə hər an silaha sarılmağa, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildirib.

Tədbirdə, həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verilib, onların hüquq və vəzifələri diqqətlərinə çatdırılıb. Sonra ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif hədiyyələr təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SHXÇDX   Qəbələ  

Qəbələdə hərbi xidmətini başa vurmuş gənclərin təntənəli qarşılanması mərasimi keçirilib - FOTOLAR

2020/01/1579180730.jpg
Oxunub: 952     17:16     16 Yanvar 2020    