ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ağdam rayonunda olub

2020/01/15791-1579174774.jpg
Oxunub: 903     15:15     16 Yanvar 2020    
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Saymon Tiller və Martin Şuster yanvarın 16-da Ağdam rayonunda olub.

Ordu.az xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Ağdam Rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur. Diqqətə çatdırılıb ki, sonuncu monitorinqin keçirildiyi 2019-cu il iyulun 11-dən indiyədək atəşkəs 68 dəfə pozulub.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ATƏT   Ağdam  

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ağdam rayonunda olub

2020/01/15791-1579174774.jpg
Oxunub: 904     15:15     16 Yanvar 2020    