Rusiya Permyakovun olduğu yeri şəxsi məlumat hesab edir

2019/01/0-39-1547452443.jpg
Oxunub: 1200     16:20     16 Yanvar 2020    
Rusiya Federal Cinayət Cəzasını Həyata Keçirən Xidməti Rusiyanın “Şəxsi məlumatlar haqqında” qanununa istinad edərək məhkum Valeri Permyakovla bağlı məlumat verməkdən imtina edib.

Ordu.az xəbər verir ki, “Haykakan Jamanak” nəşri bundan bir müddət öncə göndərdiyi sorğusunda məhkum Permyakovun Rusiya Federasiyasının hansı cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyi ilə bağlı məlumat verilməsini xahiş edib.

Lakin “Şəxsi məlumatlar haqqında” Rusiya qanununda məhkum edilmiş şəxslərlə bağlı məlumatların verilməsi, habelə “Haykakan Jamanak” nəşrinin qeyd etdiyi sorğunun cavabının “şəxsi məlumatlar” növündə təsnif edilə biləcəyi barəsində xüsusi qeyd yoxdur.

Qanunun yalnız birinci maddəsinin üçüncü bəndi bu və ya digər şəkildə məhkəmə orqanları ilə əlaqəlidir. Sözügedən maddədə qeyd olunur ki, “Şəxsi məlumatlar haqqında” qanun, həmçinin Rusiya Federasiyası məhkəmlərinin fəaliyyətinə, sonuncularla bağlı hakimlərin adları, məhkəmə iştirakçıları və s. kimi məlumatları ehtiva edən materiallara şamil olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Permyakov  

Rusiya Permyakovun olduğu yeri şəxsi məlumat hesab edir

2019/01/0-39-1547452443.jpg
Oxunub: 1201     16:20     16 Yanvar 2020    