Erməni baş leytenant etiraz etdi: “Elə etməyin ki, korrupsiya orduya daxil olsun”

2020/01/Sargi-1579171010.jpg
Oxunub: 2219     15:49     17 Yanvar 2020    
“Birisi 10 milyon dram verib 1 ay xidmət etməyi təklif edirdi. Fikrimcə, bu qanunu yazan həyatında hərbi hissəyə daxil olmayıb, əgər xidmət edibsə, deməli lazım olduğu kimi xidmət etməyib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan ordusunun baş leytenantı Sarkis Qabrielyan 10 milyon qarşılığında 1 ay orduda xidmət etmə qanun lahiyəsinə toxunarkən bildirib.

O, bu qanun layihəsini cəfəngiyat adlandırıb.

“10 milyon dram ver, get bir ay xidmət et nə deməkdir? Ordu həyatını ciddi keçmiş şəxs belə bir şeyi heç vaxt ağlından keçirməz. Bu, varlı valideynə əl verəcək, burada da varlıların uşaqları qazanacaqlar. Nə üçün varlının uşağı xidmət etməməlidir, imkansız ailənin uşağı isə qoy getsin hə? Elə etməyin ki, korrupsiya orduya daxil olsun. Əgər ordu olmasa, deputat kimə lazımdır?”, - deyə Qabrielyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Etiraz  

Erməni baş leytenant etiraz etdi: “Elə etməyin ki, korrupsiya orduya daxil olsun”

2020/01/Sargi-1579171010.jpg
Oxunub: 2220     15:49     17 Yanvar 2020    