Erməni hərbi təşkilat rəhbərinin həbs qətimkan tədbiri niyə dəyişdirildi?

2020/01/00-44-1579170965.jpg
Oxunub: 1044     10:27     17 Yanvar 2020    
Ötən gün Mnatsakan Martirosyanın sədrliyi İrəvan şəhər ümumi yurisdiksiya məhkəməsi general Manvel Qriqoryanın həbs qətimkan tədbirinin dəyişdirilməsinə və azad olunmasına dair qərar verib.

Adi görünən bu məhkəmə prosesi, qeyri-adi bir keçmişi olmasaydı, eyni adət üzrə sadə bir məhkəmə prosesi kimi görünməkdə qala bilərdi.

Ermənistan hökumətinin Qriqoryanın ittiham aktının əsasını təşkil edən korrupsiya “tuşonka” oğurluğu, məktəblilərin aprel döyüşlərində cəbhə xəttinə göndərdiyi yardımların mənimsənilməsi hallarının nə dərəcədə əsaslı və ya əksinə olmasını bir kənara qoyaq. Əsas məsələ məlum videogörüntü ilə Paşinyan hakimiyyətinin cəmiyyətin emosiyalarından nə dərəcdə faydalanmasını və hakimiyyət yolunda bundan istifadə etməsidir.

Qriqoryanın vəkilləri tərəfindən onun səhhəti ilə bağlı həmin məhkəmə hakiminə onlarla vəsatət verilsə də, heç biri təsdiqlənməyib. Amma indi həmin hakim eyni məzmunlu vəsatəti bir neçə saat ərzində təmin edib.

Niyə? Ona görə ki, vəsatəti prokurorluq təqdim edirdi?

Yoxsa Qriqoryanın günah prezumpsiyasını qeyri-müəyyən saxlamaq barədə mütləq ittiham edən tərəfin, yəni prokurorluğun vəsatətini təmin etmək lazımdır?

Heç bir şeydən asılı olmayaraq, Qriqoryan şəxsiyyəti ətrafında qalmaqallı ittihamlardan hər biri sübut ediməmiş qalmaqda davam edir. Vəsatətin verilməsi mətnində nəyin dəyişdiyini isə yenə də zaman göstərəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Manvel   Cinayətkar   Ölüm  

Erməni hərbi təşkilat rəhbərinin həbs qətimkan tədbiri niyə dəyişdirildi?

2020/01/00-44-1579170965.jpg
Oxunub: 1045     10:27     17 Yanvar 2020    