Amulsar mədənin istismarında hansı proseslər baş verəcək?

2019/09/34-1568283994.jpg
Oxunub: 801     14:47     17 Yanvar 2020    
Ermənistanda Amulsar Qızıl Mədəni məsələsinin həlli uzun müddətdir ki, aktuallığını itirmir. Mədənə gedən yol bir ildən çoxdur bağlanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu yol Amulsar mədəninin ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən mühasirəyə alınıb və ərazidə növbə çəkməkdədirlər.

Paşinyanın texnikanın mədən sahəsinə daxil olmasına icazə verilməsinə dair çağırışlarına baxmayaraq, fəalları və ekoloqları inandırmağa nail ola bilmədiklərinə görə, mədənə gedən yol açılmamış qalır.

Ermənistan hökumətinin mövqeyindən anlaşılırdı ki, hakimiyyət mədənin istismar edilməsi lehinədir. Paşinyan “Lidian” şirkəti tərəfindən mədənin istismarının 100 faiz təhlükəsiz olduğuna zəmanət verildiyini söyləyib və Amulsarın qadağan edilməsi üçün heç bir qanuni əsas olmadığını bildirib.

Digər tərəfdən, Paşinyan mədənin istismarının dayandırılmasının Ermənistana verilmiş xarici investisiya kreditləri üzrə faiz dərəcəsinə ciddi mənfi təsir göstərə biləcəyini bildirirdi.

Bununla yanaşı, mədənin bağlanacağı təqdirdə “Lidian Armenia” şirkətinin arbitraj məhkəməsinə müraciət edərək Ermənistan hökumətindən təzminat istəməsi barədə şayiələr vardı.

Maraqlıdır ki, bu il yanvarın 7-də Toronto Birjası 2020-ci ilin 5 fevral tarixindən etibarən “Lidian” şirkətini (“Lydian International Limited”) birjalar siyahısından çıxarılması ilə bağlı qərar qəbul edib. Bu o deməkdir ki, siyaha alma tələblərinə davam etməməsi səbəbindən şirkətin qiymətli kağız səhmlərinin satışı dayandırılıb.

Hal hazırda “Lidian” şirkətinin iflas edib-etməyəcəyini söyləmək çətindir, amma maraqlıdır ki, “Lidian Armenia”nın icraçı direktoru Hayk Aloyan şirkətləri ətrafında yaranan vəziyyətlə bağlı media orqanlarından birinə verdiyi müsahibəsində Ermənistanı günahlandırıb.

O, Amulsara qarşı aparılan prosesin Ermənistana zərər verməkdən başqa heç bir fayda vermədiyini qeyd edərək, bu məsələdə hökumətin fəaliyyətsizliyinin nəyə səbəb olmasına dair bütün xarici investorlara bir siqnal olduğunu bildirib.

Bəzi ekspertlər ekoloji məsələlərin daha vacib olduğunu və Amulsar Qızıl mədəninin istismarının dayandırılmasının isə xüsusən də arbitraj məhkəməsinin heç bir mənfi qərarı olmadığı bir şəraitdə Ermənistanın investisiya vəziyyətinə təsir göstərməyəcəyini bildirib.

Ekspertlərin bir hissəsi isə hesab edirlər ki, Amulsar ətrafında yaranan bu cür vəziyyət Ermənistanın sərmayə mühitinə böyük mənfi təsir göstərəcək, çünki Ermənistan beynəlxalq razılaşma əsasında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir, yəni xarici sərmayələrin fiziki müdafiəsini qorumur.

Sərmayədarlar bu təcrübəni göz önünə alaraq, Ermənistana investisiya qoymaq istəməyəcəklər. Ancaq “Lidian”ın qiymətli kağızlar satmasının qadağan olunmasından sonra hökumətin mövqeyi hələ də bəlli deyil. Mədənin istismara verilməməsi qərara alınarsa, əhali hökumətin atacağı addımların nə olacağını bilmək istəyir, hökumət Ermənistanın investisiya mühitinə ola biləcək mənfi təsiri necə sığortalamaq niyyətindədir?

Yaxud, hökumət mədənin istismar olunacağını düşünürsə, xüsusən narahatlıqların bu qədər uzun müddətə aradan qaldırılmasının mümkün olmadığını nəzərə alsaq, ətrafdakı sakinləri, mədənin istismarının təhlükəsiz olmasına necə inandıra biləcək?

Nəzərə almaq lazımdır ki, birdən məsələnin onların reytinqlərinə təsir edə biləcəyindən ehtiyatlanmaları ilə bağlı Paşinyan hakimiyyətinin qətiyyətsiz mövqeyi və müvafiq addımlar atılmaması şəraitində bu, Ermənistanın prosesdən ziyanla çıxacağına səbəb ola bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Amulsar   Paşinyan   Etiraz  

Amulsar mədənin istismarında hansı proseslər baş verəcək?

2019/09/34-1568283994.jpg
Oxunub: 802     14:47     17 Yanvar 2020    