Erməni partiya sədri: “Paşinyan vəziyyətə müəyyən emosional fon vermək üçün öz qızını bu prosesə qarışdırıb”

2020/01/82563-1579167616.jpg
Oxunub: 880     17:55     16 Yanvar 2020    
“Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanetsyanın aktivləşməsi siyasi sahədə bir çox məsələni ön plana çəkir, buna görə də, Vanetsyan ilk növbədə məhz bu məsələlərə toxunmalıdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Reformistlər” partiyasının rəhbəri Vahan Babayan deyib.

Paşinyanın qızının Artur Vanetsyana ünvanlanmış cavablarına toxunarkən Babayan qeyd edib ki, Ermənistanın Baş naziri vəziyyətə müəyyən emosional fon vermək üçün öz qızını bu prosesə qarışdırıb.

“Bütün bunlar həm də müəyyən “planka”ları endirmək metodikası idi. Paşinyanın qızının bu qeydlərinə qiymətləndirmələr vermək istəmirəm, lakin Vanetsyan sabiq MTX direktoru kimi bütün bunlara cavab verməyə bilərdi”, - deyə Babayan bildirib.

“Vətəndaş Şüuru” ictimai təşkilatının sədri Narek Samsonyan Artur Vanetsyanın həbs olunmasını istina edib.

“Vanetsyanın həbs olunmasının məhz növbəti günü Nikol Paşinyan hakimiyyətini itirməkdən beş dəfə az olacaq”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vanetsyan   Paşinyan  

Erməni partiya sədri: “Paşinyan vəziyyətə müəyyən emosional fon vermək üçün öz qızını bu prosesə qarışdırıb”

2020/01/82563-1579167616.jpg
Oxunub: 883     17:55     16 Yanvar 2020    