Erməni hərbi komissardan 45.000 dollar qəsb edilib

2019/12/4hgj5-1577611849.jpg
Oxunub: 982     16:47     16 Yanvar 2020    
2019-cu ilin oktyabr ayında Ermənistan sakinlərindən biri telefon zəngləri və müəyyən yerlərdə qoyulmuş məktublarla Ermənistan Müdafiə Nazirliyinin Loru vilayəti ərazi hərbi komissarından hərbi çağırış yaşına çatmış 3 gəncin qanunsuz olaraq müddətli hərbi xidmətdən azad olunması məlumatını MTX-yə göndərəcəyi təhdidi ilə 2 hesaba 30.000 ABŞ dolları məbləğində pul köçürülməsini tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunur ki, həmin telefon nömrəsinin sahibi müddətli hərbi xidmətdən qanunsuz olaraq azad olunma məlumatını MTX-yə göndərəcəyi təhdidi ilə başqa bir Ermənistan vətəndaşından 15.000 ABŞ dolları dəyərində pul tələb edib.

Faktla bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MTX   Korrupsiya  

Erməni hərbi komissardan 45.000 dollar qəsb edilib

2019/12/4hgj5-1577611849.jpg
Oxunub: 985     16:47     16 Yanvar 2020    