“Azərbaycan əsgərinin ruhu Vətən sevgisidir”

2020/01/5ab6e-3158329496.jpg
Oxunub: 793     12:50     16 Yanvar 2020    
Yol gedirik... Uzandıqca uzanan, qıvrıldıqca qıvrılan qəlbimizin doğanağından keçən yollar bizi Qarabağa, daha doğrusu, onun dilbər guşələrindən birinə aparır. Yolboyu müharibənin buraxdığı izlər açıq-aydın sezilir. İzləri gördükcə narahat olmaya bilmirsən. Yaddaşımızın dərinliklərində pozulmaz iz salan, xalqımıza, onun oğul və qızlarına qarşı düşmən tərəfindən amansızlıqla həyata keçirilən hadisələr baş qaldırır, sanki yolumuza bələdçilik edir. Qarış-qarış irəlilədikcə burada gedən döyüşlər və bu döyüşlər haqqında informasiyalar gözümüzün önündən keçir. Bir tərəfdən müharibənin buraxdığı amansız izlər, ara-sıra görünən yanmış, dağılmış evlər. Digər bir tərəfdən də qəlbimizi oxşayan, xoş duyğular bəxş edən, gələcəyə ümid və inam işığı yandıran müasir şəhər. Yeni salınan rahat və geniş yollarla sürətlə şütüyən maşın müasir şəhəri, eyni zamanda, kənd və qəsəbələri arxada qoyub, "N" hərbi hissəsinin ön xətt bölməsinə çatır.

Bu qış günündə qarşı tərəfdə dağılmış evlər, uçuq-sökük binalar, zamanın sınağından çıxmış tarixi abidə diqqətimizi çəkir. Səngərdə ilk dəfə olduğum kimi qəribə hisslər keçirirəm. Elə bilirəm ki, bu anlarda, bu dəqiqələrdə Azərbaycan Ordusunun şəxsi heyəti ilə birgə qarşı tərəfə - öz tarixi torpaqlarımıza doğru hərəkət edəcəm. Artıq düşüncələrimin gücü ilə torpaqlarımızı geri qaytarmışıq, o yerləri gəzirəm... Bu abu-hava qışın sazağında məni isidir, canıma sözlə izah etməyə çətinlik çəkdiyim rahatlıq gətirir.

Zabit yoldaşlarımızdan biri mayor İlqar Quliyev qəfildən nümayişkaranə şəkildə bildirir: "Azərbaycan əsgəri torpaqlarımızı Ali Baş Komandanımızın əmri ilə tezliklə azad edəcək. Onda gördüyümüz, ancaq gedə bilmədiyimiz, qəlbimizin nisgilinə çevrilən torpaqlarımız ruhumuzun ocağına çevriləcək, qışın sazağında onun istisinə qızınacağıq". Bu fikir yenidən dərin bir sükut yaradır…

Gizir Turqay Məmmədovun "Hər bir hərbi qulluqçu dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyi yeganə güc Azərbaycan Ordusudur. Hazırda ordumuzun güclü olması, ən müasir silahlarla təchiz edilməsi, döyüş tapşırıqlarını qüsursuz yerinə yetirə bilməsi hərbi reallıqdır. Bu reallıq bizdə qürur və fəxarət yaratdığı kimi, qarşı tərəfdə də qorxu və vahimə yaradır. Ancaq düşmənin məsələyə münasibəti reallığı dəyişmir. Azərbaycan Ordusu bir-birinin ardınca elə qələbələrə imza atdı ki, bu ciddi uğurlar problemin həllində yeni mərhələ yaradacaq keyfiyyət dəyişiklikləri formalaşdırdı" fikri sükutu pozur.

Zabit İlqar Quliyev söhbətə Azərbaycan Ordusunun qurucusu, ulu öndər Heydər Əliyevin sözləri ilə davam edir: "Ordu qurmaq, Silahlı Qüvvələr yaratmaq böyük bir bina tikmək deyil. Ordu canlı orqanizmdir. Bu bir tərəfdən canlı orqanizm kimi yaşayır, ikinci tərəfdən isə canlı orqanizm kimi daim inkişaf etməlidir. Ona görə də biz Silahlı Qüvvələrimizi ilbəil təkmilləşdirməliyik, onun gücünü artırmalıyıq, peşəkarlıq səviyyəsini yüksəltməliyik, təchizatını ilbəil yaxşılaşdırmalıyıq". Ulu Öndərin bu tövsiyələrinə bütün hərbi hissələrimizdə ciddi əməl edilir, ordunun müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir, Vətənin müdafiə qabiliyyətinin artırılması üçün kompleks tədbirlər həyata keçirilir, Ali Baş Komandanımızın diqqət və qayğısı sayəsində hərbi hissələrin maddi-texniki bazası möhkəmləndirilir. Bizim hərbi hissə də müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik hərbi hissəyə çevrilib. Şəxsi heyətin üzərinə düşən müqəddəs vəzifəni hərtərəfli yerinə yetirməsi üçün ən yüksək səviyyədə şərait yaradılıb. Bu isə biz zabitlərin məsuliyyət hissini daha da artırır.”

Əsgər Natiq Əhmədov bildirir ki, Vətən Azərbaycan Ordusunun şəxsi heyəti üçün müqəddəsdir. “Ona görə müqəddəsdir ki, ata-babalarımız bu torpaqlarda yaşayıb, yaradıb, onu qoruyub və onun uğrunda vuruşub. Babalarımızdan bizə əmanət qalan torpaqlarımızı qorumaq hərbçilərimiz üçün böyük bir əxlaqi keyfiyyətdir. Bu gün orduda xidmət etmək torpağı, Vətənin daşını, havasını, suyunu da sevmək deməkdir. Ona görə də hər bir əsgər mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları heç vaxt unutmamalıdır. Mənsub olduğu xalqın dilini, dinini, dövlət rəmzlərini göz bəbəyi kimi qorumalı, hüquqlarını bilib, qanunlarına əməl etməlidir. Hərbçilər bütün ruhları ilə Vətənə bağlıdırlar. Vətən eşqi bizlərin bütün ruhunu bürüyüb.”

"Bizim üçün ən böyük şərəf odur ki, bu gün Azərbaycan Ordusunun əsgəriyik", - əsgər Xanbaba Eldarov söhbətə qoşulur. - Bu gün hər birimiz yaxşı bilirik ki, güclü bir dövlətin vətəndaşıyıq, qüdrətli bir ordunun əsgəriyik. Rəhbərliyimizin diqqət və qayğısını, himayədarlığını hər zaman üzərimizdə hiss edirik. Əsgərlərimiz arasında münasibətlər sırf səmimilik və qarşılıqlı inam əsasında qurulub. Mühit elə qurulub ki, yeni gələn əsgərlərimiz də tez bir zamanda bu abu-havaya alışır, zabitlərimiz tərəfindən öyrədilənləri yüksək səviyyədə mənimsəyir və günbəgün döyüş potensialını artırırlar. Arzumuz, istəyimiz, məqsədimiz isə birdir...

Xanbabanın sözünün davamı kimi əsgər Malik Rzayev "Azərbaycan əsgərinin formalaşdırılması, onun bir döyüşçü kimi yetişdirilməsinin ağırlıq mərkəzi məhz döyüş hazırlığının üzərinə düşür. Bu vəzifənin yerinə yetirilməsində biz əsgərlərin döyüş hazırlığı həlledici rol oynayır. Təcrübələr onu göstərir ki, döyüş səhnəsində hazırlıqlı əsgər daha çox əhəmiyyət daşıyır. Biz əsgərlərin istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etməsində, hərbi qulluqçu kimi Vətənin müdafiəsinə hazırlanmasında təlimlər, keçirilən məşqlər, döyüş hazırlığı dərsləri xüsusi rol oynayır", - deyə bildirir.

Əsgər Tural Əhmədov qeyd edir ki, Vətənin keşiyində dayanmaq şərəfli işdir. "Xidmətdə olduğum müddətdə çoxlu hərbi biliklərə yiyələnməyə çalışıram. Komandirlərimiz bizimlə mütəmadi olaraq müxtəlif mövzularda söhbətlər aparır, keçirilən dərslərdə döyüş hazırlığının sirlərini öyrənirik. Doğma torpağımız daim vətənpərvər övladlar böyüdüb. Vətən yolunda canından keçən mərd oğullarımız da çoxdur. Onlar öz qəhrəmanlıqları ilə adlarını əbədi olaraq şanlı tariximizə yazdırıblar. Biz də həmin igidlərdən nümunə götürməyə və mənfur düşmənə hər an layiqli cavab verməyə hazırıq".

Hər bir işin başlanğıcı olduğu kimi sonu da olur. Vaxt yetişir. Ön xətdəki bölmədən ayrılmaq zamanı gəlib çatır. Hərbi hissəyə gedəndə hansı inam hissi, sevinc və ümidlə yola çıxmışdıqsa, qayıdanda da həmin sevinc, inam hissi və ümidlə - bu yolu bir daha geri qayıdacağımızı, ancaq Azərbaycan əsgərinin azad edəcəyi, ayaq basacağı torpaqları - Şuşanı, Xankəndini, Laçını, Ağdamı... görəcəyimizi və qalib ordunun şəxsi heyətini təbrik edəcəyimizi düşünə-düşünə geri dönürük.

Məhəmməd Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ordu   Əsgər  

“Azərbaycan əsgərinin ruhu Vətən sevgisidir”

2020/01/5ab6e-3158329496.jpg
Oxunub: 796     12:50     16 Yanvar 2020    