Niyə Ermənistan MN-in mətbuat katibi media hakimi rolunu öz üzərinə götürüb?

2019/09/13154-1567767350.jpg
Oxunub: 814     15:28     16 Yanvar 2020    
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bu dəfə də “shamshyan.com” nəşrinin media fəaliyyətinə toxunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Hovhannisyan bundan əvvəl də sözügedən nəşrin materiallarının həqiqiliyini şübhə altına qoyub.

Saytda məsələ ilə bağlı dərc olunan materialda bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi mətbuat katibinin öz idarəsinin müdafiəsi üçün canfəşanlıqla çalışdığı anlaşılandır, lakin yumşaq dildə desək, bu, baş verən ilk hal deyil.

“Buna baxmayaraq, müəyyən bir müddət sonra Ermənistan hüquq-mühafizə sisteminin müxtəlif idarələri məlumatın həqiqiliyini rəsmi şəkildə təsdiqləyib, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi isə ifadə etdiyi fikirlərinə görə üzr istəməyib. Yanvarın 15-də Hovhannisyan saytın nəşr etdiyi bir xəbərə toxunmağa qərar verib. Belə ki, nəşr olunmuş sözügedən xəbərə əsasən, Ermənistan İstintaq Komitəsinin Şirak vilayəti istintaq idarəsində Ermənistan Müdafiə Nazirliyinin Lori vilayəti ərazi hərbi komissarı, polkovnik Armen Tumanyandan xüsusilə böyük məbləğdə qəsbkarlıq həyata keçirilməsi faktı üzrə materiallar hazırlanır. Hovhannisyan öz “Facebook” qeydinə “Birbaşa rüsvayçılıq” başlığı qoyub və sözügedən nəşrə əxlaqi dərs verib.

Lakin Hovhannisyandan fərqli olaraq, Ermənistan Milli Təhlükəsizlik Xidməti bir neçə saat sonra rəsmi açıqlama ilə saytın nəşr etdiyi xəbəri təsdiqləyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Rüşvət  

Niyə Ermənistan MN-in mətbuat katibi media hakimi rolunu öz üzərinə götürüb?

2019/09/13154-1567767350.jpg
Oxunub: 815     15:28     16 Yanvar 2020    