Erməni deputat: “Ölkədə Rusiya hərbi qulluqçuları əmlak vergisindən azad olunub, öz hərbi qulluqçularımızı isə azad etmirik”

2017/08/ermeni_1503314903.jpg
Oxunub: 730     12:19     16 Yanvar 2020    
Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyası Ermənistan Vergi Məcəlləsinə əlavələr edilməsini təklif edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, təklifi yanvarın 15-də Ermənistan parlamentinin iqtisadi məsələlər üzrə komissiyasının iclasında sözügedən fraksiyanın deputatı Sarik Minasyan səsləndirib.

O bildirib ki, mövcud qanunla bəzi dairələr üçün daşınmaz əmlak və nəqliyyat vasitələrinin əmlak vergisi imtiyazı nəzərdə tutulur, hazırda cəbhə xəttində döyüş növbətçiliyi həyata keçirən polis qoşunları üçün bənzər imtiyazın təmin edilməsi təklif olunur.

“Ədalətlimidir ki, xarici ölkə hərbi qulluqçuları ölkəmizdə nəqliyyat vasitəsinin əmlak vergisindən azad olunurlar, cəbhə xəttində döyüş növbətçiliyi həyata keçirən hərbi qulluqçularımıza, zabitlərimizə qarşı isə tətbiq etmirik, bəli yoxsa yox deyək? Gümrüdə yerləşən 102-ci rus hərbi bazasının hərbi qulluqçuları ölkəmizdə qanuni şəkildə bu vergidən azad olunub, biz isə öz hərbi qulluqçularımızı azad etmirik?”, - deyə o bildirib.

Qeyd edək ki, qanun lahiyəsi iki aylıq təxirə salınıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   102-baza  

Erməni deputat: “Ölkədə Rusiya hərbi qulluqçuları əmlak vergisindən azad olunub, öz hərbi qulluqçularımızı isə azad etmirik”

2017/08/ermeni_1503314903.jpg
Oxunub: 733     12:19     16 Yanvar 2020    