Ermənistanda ürəyində problemləri olan şəxs orduya çağırılıb

2018/06/139422_1529000750.jpg
Oxunub: 751     14:38     16 Yanvar 2020    
“Kiçik oğlum Vazgenin orduya hərbi çağırışına hazırlaşırdıq. Bir qayda olaraq, 2018-ci ildə hərbi xidmətə çağırışına dair sənədini aldıqdan sonra o, hərbi komissarlığa getdi, orada lazımi tibbi müayinədən keçdi, həkimlər onun ürək problemlərinin olduğunu aşkarladılar. Bir həkim ifadəsinə görə ürək aritmiyasının olduğunu bildirdilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın Tavuş vilayətinin Çinçin kəndinin sakini, 48 yaşlı Elmira Alaverdyan deyib.

O qeyd edib ki, oğlunun ürəyində problem olmasına baxmayaraq, komissarlıq onun xidmətə yararlı olduğunu müəyyən edib.

“Oğlumun müayinəsi üçün “Armenia” Tibb Mərkəzinə göndəriş verilib. Düzünü deyim, valideynlər olaraq araşdırmaya getmək istəmədik, amma bütün vətənpərvər gənclər kimi o da xidmətə getmək istəyirdi, ancaq həkimlər bunu bizə dedilər, çox ciddi bir sağlamlıq problemi var, bundan sonra uşağın təyin olunmuş Ermənistan Tibb Mərkəzində tibbi müayinədən keçməsinə razı olduq.

İrəvana gələrək uşağa göstərilən tibb mərkəzində bütün lazımi müayinələr verildi və ertəsi gün həkimlər uşağı ürəyi üçün xüsusi bir cihaz “Holter” yerləşdirmək üçün xəstəxanaya çağırdılar. Həkimlərin dediyinə görə, cihaz 24 saat uşağın üzərində qalıb, sonra “ürək ritmi və davranış pozğunluğu - açıq aritmiya ilə sinus qaşınması” diaqnozuna cavab olaraq xəstəxanadan Tavuş bölgəsinin hərbi komissarlığına göndəriblər.

Qeyd olunan arayışa görə, uşağa qanunla nəzərdə tutulmuş 10 aylıq müalicə almasın üçün möhlət verildi. 1 il sonra növbəti dəfə araşdırma üçün hərbi komissarlıq tərəfindən uşaq yenidən Ermənistan Tibb Mərkəzinə müayinə üçün göndərildi.

Tibbi komissiya ürəklə əlaqədar eyni cavabı verdi və yenidən hərbi komissarlığa altı aylıq bir möhlət verdi. Dünən, 14 yanvar, uşaq Qeğarkunik əyalətinin Martuni Hərbi Komissarlığında artıq üçüncü dəfə bir ali komissiyadan keçib.

Təəccübləndim ki, Müdafiə və Səhiyyə nazirliklərinin nümayəndələri şəxsi işlərini hərtərəfli nəzərdən keçirdikdən sonra fikirlərini bildirdilər və uşağın xidmətə yararlı olduğunu təyin etdilər.

Hörmətli cənab N. Paşinyan, hörmətli cənab D. Tonoyan biz valideyinlər olaraq həkimlərdən daha çox maraqlıyıq ki, bizim uşaq orduda alnı açıq xidmət etsin, hərbi biletlə evə qayıtsın, lakin biz istəyirik ki, uşağımızın sağlamlıq problemləri həll olunsun sonra yenə özü xidmətə gedər.

Bir ana olaraq təsəvvür edə bilərsinizmi ki, hər gün başımı yastığa qoyanda ürəyində problem olan bir oğlanın hər an ciddi bir problem yaşaya biləcəyini hiss edərəm? Yenə yalvarırıq - biz və oğlum vətən qarşısında borcdan qaçmırıq, ancaq hər şeyi öz adları ilə çağırmalarını xahiş edirik.

Allah eləməsin, uşağın xidməti dövründə ürəyi ilə əlaqədar ciddi problemlər varsa, təsəvvür edirsiniz cəmiyyətdəki bəzi insanlar necə reaksiya verəcəklər.Bəzi insanlar başlayacaqlar maraqlanmağa ki, orduda olan çağırışçının sağlamlıq problemləri var, halbuki o problemlər orduya getməzdən əvvəl yaranıb və indi biz xahiş edirik ondan ötrü ki uşağımız müalicə məsələsi həll olunsun sonra yenidən orduya gedər.

Yeri gəlmişkən, vilayətimizin hərbi komissarlığına qatılan həkim Vazgen Gözəlyanın hərbi xidmətə müvəqqəti yararsız olduğu məlumatını əldə etdik.

Sizə həkimlərin vermiş olduğu rəyi təqdim edirik ki, əmin olun ki, uşağın sağlamlıq problemləri var”, - deyə Alaverdyan bildirib

O, kömək üçün Müdafiə naziri Tonoyanın müşaviri Qeğam Harutyunyana müraciət etdiklərini də vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Xəstəlik  

Ermənistanda ürəyində problemləri olan şəxs orduya çağırılıb

2018/06/139422_1529000750.jpg
Oxunub: 754     14:38     16 Yanvar 2020    