Naxçıvanda gənclər hərbi xidmətə yollanırlar

2020/01/15791-1579160033.jpg
Oxunub: 1032     11:12     16 Yanvar 2020    
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi olub.

Ordu.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, Gənclər və İdman nazirinin müavini Mirməcid Seyidov çağırışçıları və onların valideynlərini təbrik ediblər.

Valideyn Zülfüqar Zeynalov övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib.

Çağırışçılar adından çıxış edən Cabir Kərimov Vətənə şərəflə xidmət edəcəklərinə, verilən əmrləri vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik-leytenant Daşqın Rəhimov bildirib ki, “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə, eləcə də muxtar respublikada çağırışçı gənclərin həqiqi hərbi xidmətə çağırılmasına başlanılıb.

Qeyd olunub ki, bu gün ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu sahəsində görülən işlər, bu sahəyə göstərilən dövlət qayğısı muxtar respublikadakı ordu birləşmələrinin hərtərəfli inkişafına şərait yaradıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın təhlükəsizliyini sayıqlıqla qoruyan müasir və güclü ordusu vardır.

Xidmət rəisi çağırışçı gənclərin Vətənimizə layiqincə xidmət edəcəklərinə əminliyini bildirib, onlara uğurlar arzulayıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Naxçıvan  

Naxçıvanda gənclər hərbi xidmətə yollanırlar

2020/01/15791-1579160033.jpg
Oxunub: 1033     11:12     16 Yanvar 2020    