İsrail HHQ Qəzza zolağına zərbələr endirib

2019/01/40994-1546838945.jpg
Oxunub: 1098     09:10     16 Yanvar 2020    
İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzza zolağında HƏMAS-ın bir neçə hərbi mövqeyinə aviazərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda bildirilir ki, daha öncə Qəzza zolağından İsrail ərazisinə bir neçə raket buraxılıb, bir müddət sonra isə İsrail Müdafiə Ordusunun qırıcı təyyarələri Qəzza zolağının şimal hissəsində silah istehsalı üzrə sex və hərbi düşərgə də daxil olmaqla HƏMAS-ın bir neçə mövqeyinə zərbələr endirib.

"İsrail ordusu ölkə ərazisinin atəşə tutulamsına çox ciddi yanaşır və mülki əhaliyə zərər vurmaq üçün atılan hər hansı bir addımın qarşısını almaq üçün lazım olanı etməyə davam edəcək", - deyə əlavə olaraq qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrail ərazisində 4 raket atılıb, onlardan ikisi "Dəmir günbəz" raket əleyhinə müdafiə sistemi tərəfindən vurulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   HƏMAS  

İsrail HHQ Qəzza zolağına zərbələr endirib

2019/01/40994-1546838945.jpg
Oxunub: 1099     09:10     16 Yanvar 2020    