NATO 5G yarışında Çinin qələbəsinin qarşısını almalıdır

2020/01/19041-1579088828.jpg
Oxunub: 1645     19:17     15 Yanvar 2020    
“Huawei” və onun 5G naqilsiz ləvazimatının Çin hökuməti tərəfindən digər ölkələrə qarşı cəsusluqda istifadə edilə biləcəyi ilə bağlı qorxular getdikcə artır və genişlənir. Bu, öz növbəsində ABŞ kimi ölkələr kompaniyanın bütün növ məhsullarına qadağalar tətbiq edir. “Huawei” hansısa məhsulunun milli təhlükəsizlik riski daşıması ilə bağlı iddiaları rədd edir.

Lakin NATO-nun bu yaxınlarda hazırladığı hesabatda göstərilir ki, şirkətin məhsullarına qarşı qadağanın tətbiqi strateji prizmadan uzağı görə bilməmək kimi səciyyələndirilə bilər. Çin rəsmilərinin “Huawei” cihazlarından cəsusluq üçün istifadə etmədiklərindən əmin olmaq üçün tədbirlər görülməli olsa da, ümumiyyətlə onu və onun məhsullarını rədd etmək Qərbdəki bir çox müştərilərin qabaqcıl texnologiyasından istifadə edərək özlərinin 5G xidmətlərini yaratmasına əngəl törədə bilərdi.

Eyni zamanda NATO tədqiqatçıları məsləhət verir ki, qərb ölkələrində telekommunikasiya kompaniyaları “Huawei”in 5G texnologiyasına alternativlər yaratsınlar. Məsələn, Finlandiyanın “Nokia” və İsveçin “Ericsson” firmaları “Huawei”in ən böyük rəqibləri olsalar da, hələ də ondan geri qalırlar.

Bütün dünyanın belə bir həssas texnologiya sahəsində bir firmadan, xüsusilə Çin kimi bir ölkənin firmasından asılı olmasının neqativ nəticələri ola bilər. “Huawei”in 5G texnologiyası ilə qlobal tədarükçü monopoliya meydana gətirməsinə icazə vermək Çinin onsuz da ən azından akademik dairələrində müzakirə edilən yeni nəsil kosmos əsaslı 6G şəbəkələrinin yaradılmasında Qərbi geridə qoymasına imkan verəcək.

Təsadüfi deyil ki, artıq finlandiyalı tədqiqatçılar iddia edir ki, 6G sizin səhhətinizlə bağlı məlumatları real zaman çərçivəsində göstərən paltarlar kimi innovasiyaları mümkün qılacaq. Elə isə bunun hərbi tərəflərini təsəvvür etmək artıq oxucuya qalır. Sadəcə bir şey aydındır ki, ABŞ və Çin arasındakı rəqabət hələ təzə başlayır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   5G   Çin  

NATO 5G yarışında Çinin qələbəsinin qarşısını almalıdır

2020/01/19041-1579088828.jpg
Oxunub: 1648     19:17     15 Yanvar 2020    