Ermənistan MN rəsmisindən 30 min dollar tələb ediblər

2020/01/8e6fa-1579084787.jpg
Oxunub: 1567     14:47     15 Yanvar 2020    
Ermənistan İstintaq Komitəsinin Şirak vilayəti istintaq idarəsində Ermənistan Müdafiə Nazirliyinin Lori vilayəti ərazi hərbi komissarı, polkovnik Arsen Tumanyandan xüsusilə böyük məbləğdə qəsbkarlıq həyata keçirilməsi faktı üzrə materiallar hazırlanır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2019-cu ilin noyabrında naməlum şəxs Lori vilayətinin ərazi hərbi komissarı Tumanyana zəng edib və Dseğ kəndindəki şəxsi evin həyətində bir məktub buraxdığını bildirib.

Məlumata görə, hərbi komissar məktubu açarkən hərbi komissar tərəfindən məbləğ qarşılığında insanların qanunsuz olaraq hərbi xidmətdən azad olunması barədə oxuyub və qovluğun Ermənistan Milli Təhlükəsizlik Xidmətinə göndərilməməsi üçün məktubu buraxan şəxsin hesabına 30 min dollar köçürülməli olduğunu görüb.

Növbəti dəfə zəng edən şəxs polkovnikə bildirib ki, Şnoğ kəndinə qonşu olan qaz yanacaqdoldurma məntəqəsi yaxınlığında ikinci məktubun qoyulduğu əraziyə 15 min dollar qoymalıdır.

İkinci məktubla bildirilib ki, əgər 15 min dollar məktubun buraxıldığı yerə qoyulsa, öz övladlarını qanunsuz olaraq ordudan azadetmə məlumatı Ermənistan MTX-yə göndərilməyəcək.

Ermənistan Milli Təhlükəsizlik Xidməti hərbi komissara zəngin hansı mobil telefon nömrəsindən gəldiyini müəyyən edib. Qəsbkarların kimliyi tam olaraq müəyyən edilməsi, onların tapılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Korrupsiya  

Ermənistan MN rəsmisindən 30 min dollar tələb ediblər

2020/01/8e6fa-1579084787.jpg
Oxunub: 1570     14:47     15 Yanvar 2020    