Paşinyanın “istintaq şousu” və yalanları

2020/01/17805-4737240618.jpg
Oxunub: 2325     13:22     15 Yanvar 2020    
Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində məlumat yayaraq bu gün istintaq komitəsində ifadə verdiyini bildirib.

Ordu.az xəbər verir ki, Paşinyan istintaq komitəsinin binasından çıxdıqdan sonra jurnalistlərin suallarına cavab verməkdən imtina edib.

İnformasiyanın əlçatımlılığının bu qədər yüksək həddə olduğu müasir dünyada Paşinyan yalan danışmağa cəhd edərək bildirib ki, Ermənistan tarixində ilk dəfə ölkənin fəaliyyətdə olan rəhbəri kimi ifadə verib.

Paşinyanın yalanı qısa zamanda ortaya çıxıb və o gülüş obyektinə çevirilib. Belə ki, Ermənistan parlamentinin deputatı Arman Sağatelyan öz “Facebook” səhifəsində Paşinyanın qeyd etdiyi faktın yanlış olduğunu bildirib.

“Ermənistanın Baş naziri Nikol Paşinyanı məyus etməyə məcburam, çünki Ermənistan tarixində ilk dəfə dindirilmiş fəaliyyət göstərən ölkə rəhbəri o yox, Ermənistanın ikinci prezidenti Robert Köçəryandır. 2000-ci ildə Ermənistan Respublikasının sədri Robert Köçəryan müstəntiq tərəfindən dindirilib və “27 Oktyabr” işi üzrə ifadə verib. Təəssüf edirəm ki, Paşinyanın Ermənistan tarixində hər hansı formada ilk olmaq səyləri bu cür gülünc təzahürlər alıb".

Qeyd edək ki, Paşinyan İsveçrə qəzetinin Ermənistan haqqında məqaləsi ilə bağlı qeydindən 45 dəqiqə əvvəl, saat 10:00 radələrində dindirilmə üçün Ermənistan İstintaq Komitəsinə getdiyini bildirib.

Paşinyanın dindirilməsinin təxminən 40 dəqiqə davam etdiyi nəzərə alınarsa, güman etmək olar ki, o, məhz istintaq zamanı qeyd yazıb.

Bildirilir ki, Paşinyanın o, Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın gizli dinlənilməsi işi üzrə istintaqa cəlb olunması mümkündür.

Lakin Paşinyanın Ermənistan İstintaq Komitəsində dindirilməsinin bir neçə gün bundan öncə “Armtimes.am” saytında nəşr olunmuş məqalə ilə (Ermənistan MTX-nin sabiq direktoru Artur Vanetsyan tərəfindən çevriliş cəhdi iddiası-red.) əlaqəli olması da istisna olunmur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   İstintaq   Şou  

Paşinyanın “istintaq şousu” və yalanları

2020/01/17805-4737240618.jpg
Oxunub: 2326     13:22     15 Yanvar 2020    