Sudanda keçmiş təhlükəsizlik qüvvələri keçid hökumətinin qüvvələri ilə toqquşub

2020/01/52002-1579077953.jpg
Oxunub: 1057     14:56     15 Yanvar 2020    
Sudanın paytaxtı Xartum şəhərində ölkənin keçid hökumətinin qüvvələri keçmiş təhlükəsizlik qüvvələri ilə toqquşub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, toqquşma nəticəsində ölən olmasa da, 5 nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, Sudan keçid hökumətinin rəhbəri Əbdülfəttah əl-Burhan qiyamçılar tərəfindən ələ keçirilən təhlükəsizlik qüvvələrinə məxsus bütün binalara artıq ordunun nəzarət etdiyini açıqlayıb.

Xatırladaq ki, ötən il uzun müddətdir Sudana rəhbərlik edən Ömər əl-Bəşirin devrilməsindən sonra keçid hökuməti qurulub və təhlükəsizlik qüvvələri yenidən formalaşdırılıb. Buna cavab olaraq, yeni hökumətlə razılaşmayan keçmiş təhlükəsizlik qüvvələri silahlı mübarizəyə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sudan  

Sudanda keçmiş təhlükəsizlik qüvvələri keçid hökumətinin qüvvələri ilə toqquşub

2020/01/52002-1579077953.jpg
Oxunub: 1060     14:56     15 Yanvar 2020    