İranın gizli yeraltı “raket şəhəri”nin fotoları yayımlanıb - FOTOLAR

2020/01/64127-1579077168.jpg
Oxunub: 3268     16:18     15 Yanvar 2020    
İran İnqilab Keçikçiləri yaxınlığı ilə tanınan “Tasnim” xəbər agentliyi İranın sərt yanacaqlı raketlərinin saxlanıldığını “raket şəhəri”nin fotoşəkillərini yayımlayıb.

Ordu.az xəbər verir ki, agentliyin yayımladığı fotoşəkillərin bir yoxsa bir neçə yeraltı şəhərə aid olduğunu müəyyən etmək mümkün olmayıb.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusuna məxsus son altı ildə bərk yanacaqlı, habelə orta mənzilli ballistik raketlərin olduğu üç yeraltı “raket şəhəri”nin qurulduğu iddia olunur.

Agentlik, həmçinin, İraqdakı bazaya atılan raketlərdən ikisinin texniki nasazlıq səbəbindən İran ərazisinə düşdüyünü açıqlayıb.

Fotoların yayılması Birləşmiş Krallığın, Fransa və Almaniyanın İranın öhdəliklərini yerinə yetirməməsinə cavab olaraq, 2015-ci ildə imzalanan nüvə sazişinin mübahisələr mexanizmini işə salmaq qərarı ilə eyni vaxta təsadüf etməsi də maraqla qarşılanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Raket-bazası  

İranın gizli yeraltı “raket şəhəri”nin fotoları yayımlanıb - FOTOLAR

2020/01/64127-1579077168.jpg
Oxunub: 3269     16:18     15 Yanvar 2020    