Qax rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib - FOTOLAR

2020/01/afddd-4737225762.jpg
Oxunub: 2646     11:59     15 Yanvar 2020    
Yanvarın 14-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qax rayon bölməsinin təşkilatçılığı, rayon icra hakimiyyətinin, ehtiyata buraxılmış gənclərin valideynlərinin, veteranların, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub və dərin ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən SHXÇDX-nin Qax rayon bölməsinin rəisi, polkovnik-leytenant Fuad Hüseynov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesindən söz açıb, gəncləri müddətli həqiqi hərbi xidməti uğurla başa vurmaları münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.

Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daim güclənən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər bir gəncin bundan sonra da ölkəmizin inkişafı naminə səylə çalışacağına əminliyini ifadə edib.

Valideynlər adından çıxış edən Elbrus Əliyev bu gün hər bir Azərbaycan vətəndaşının torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazır olduğunu diqqətə çatdırıb.

Silahlı Qüvvələrdən ehtiyata buraxılmış Məmmədyar Əliyev Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmətin hər bir vətəndaş üçün şərəf olduğunu vurğulayıb.

Tədbirdə, həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verilib, onların hüquq və vəzifələri diqqətlərinə çatdırılıb.

Sonda ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qax   SHXÇDX  

Qax rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib - FOTOLAR

2020/01/afddd-4737225762.jpg
Oxunub: 2647     11:59     15 Yanvar 2020    