İrəvan Moskvaya qarşı çıxır?

2020/01/00-27-1579074781.jpg
Oxunub: 1054     14:53     16 Yanvar 2020    
Rus yazıçısı Aleksandr Qriboyedovun İrəvandakı heykəlinin Şahen Harutyunyan tərəfindən rənglənməsi ilə bağlı cinayət işinin açılması rədd edilib.

“Ekspertiza təyin edilib və bu ekspertizanın rəyi əsasında Cinayət Prosessual Məcəllənin müvafiq maddəsinə uyğun cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasına rədd qərarı verilib”, - deyə Ermənistan polisinin yaydığı məlumatında bildirilir. Əlavə edilib ki, törədilən əmələ görə İnzibati Məcəllənin 95-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunur.

Erməni politoloq Sarqis Artsruni bildirib ki, bu halda bərabərlik prinsipinə söykənən bir siyasi qərar verilib.

“Heç bir şəkildə Şahenin səmimi istəklərinə baxmayaraq, onun əməlində tərifəlayiq bir hərəkət yoxdur. Ümumiyyətlə, tarixə qarşı mübarizə, abidələrə zərbə vurmaqla törədilən təxribat siyasi mübarizənin ən təsirli vasitəsi deyil və ümumiyyətlə keçmişə və ya tarixin yenidən düşünülməsinə dair rasional bir fikir söyləməyə kömək etmir. Bu danılmaz bir aksiomadır. Digər tərəfdən, Krasnodar diyarının Armavir şəhərində erməni kilsəsinin həyətində Qareqin Njdenin xatirə lövhəsini qara rənglə boyayan Dumanın deputatı Aleksey Vinoqradovun qəhrəmanlaşdırıldığı bir məqamda Şahen Harutyunyanın cinayət məsuliyyətinə cəlb edilməsi qeyri-təbii olardı. Şahen Qriboyedovun heykəlini rəngləməklə məhz ona cavab verib. Burada problem siyasi platformadadır”, - deyə o bildirib.

Artsruninin sözlərinə görə, Moskva dövlət vəzifəsi tutan vətəndaşının fəaliyyətini qınamırsa, İrəvandakı bir siyasi fəalı da sadəcə rus deputatın hərəkətinə cavab verdiyinə görə eyni əsaslarla təqib edilə bilməzdi.

“Birincisi, bu, ən azı Ermənistan və Rusiya münasibətlərinin heç də bərabər olmadığını və fərqli bir məntiqə çevrildiyini sübut edərək, layiqli cavab prinsipinə zidd olardı. Digər tərəfdən, Rusiya imperiya olduğu postsovet müstəqil dövlətlərinin isə uzaq diyarları olmasına dair təhlükəli anlayışından tədricən qurtulmaq məcburiyyətindədir. Aydındır ki, Njdeni erməni hərbi-siyasi xadimləri arasında Ermənistanın suverenliyi, öz gündəliyi, başqa sözlə anti-imperializm mövqeyinə görə hədəfə alıblar. Moskva öz ərazilərindən birinin deputatını cəzalandırmadığı belə bir vəziyyətdə, istər-istəməz adekvat cavab verilməli olan imperiya gündəliyini təşviq edir, bu da ya İrəvan tərəfindən “həzm olunmalı” və ya layiqli cavaba məruz qalmalıdır. Ötən gün yerli bir epizodda Ermənistan hakimiyyəti Moskvaya adekvat cavab verdi. Nəhayət, ruslar suverenliyimizə, tariximizə, qəhrəmanlarımıza hörmət etməyi öyrənməlidirlər”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Böhran   Njde  

İrəvan Moskvaya qarşı çıxır?

2020/01/00-27-1579074781.jpg
Oxunub: 1055     14:53     16 Yanvar 2020    