"İnqilabçılar"ın yeni şousu: Vanetsyan Paşinyan hökumətini devirmək istəyib?

2020/01/main-1579074732.jpg
Oxunub: 2581     15:43     15 Yanvar 2020    
Bir neçə gün əvvəl səhər tezdən Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” nəşri qalmaqallı açıqlama verdi.

“Haykakan Jamanak”ın əlində Paşinyanın ailə üzvlərinə, xüsusən də həyat yoldaşı Anna Hakobyan və qızı Mariam Paşinyana qarşı konkret bir necə KİV vasitəsilə aparılan kampaniyanın keçmiş MTX direktoru Artur Vanetsyan tərəfindən əlaqələndirildiyi və ilhamlandığına dair dəlillər var.

“Eyni zamanda, bu anti-təbliğatın Vanetsyan tərəfindən ödənildiyini də düşünmək üçün əsaslar var. Hələ tam cavablandırılmalı olan yeganə sual, yalnız Vanetsyanın bu fəaliyyətə MTX direktoru olduğu vaxtdan başlamasına dair məsləyə aydınlıq gətirilməsindən ibarətdir. Çox ehtimal edilir ki, bəli həmin dövrdən başlayıb. Məsələ ondadır ki, şərti olaraq “politoloq.org” adlandıra biləcəyimiz Anna Hakobyan və Mariam Paşinyana qarşı yalanlar yayan ən populyar saytlardan biri Vanetsyanla 2018-ci ilin sonlarında əməkdaşlıq etməyə başlayıb. Sayt redaktoru ilə Vanetsyan arasındakı əməkdaşlıq məsələsi “Vstreçi dost” ləqəbli Aram Vardanyan adlı məşhur tərəfindən, saytın redaktorunu Vanetsyan üçün işləməsinə razı salmaqla həll edilmişdi”, - deyə nəşr bildirib.

Eyni zamanda “Vstreçi dost” ləqəbli kriminal avtoritetin Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoruna nə borcu olduğu barədə ətraflı məlumat da verilib.

Lakin intriqa “Haykakan Jamanak”ın iddia etdiyi kimi yeni başlayır.

““Politoloq.org” (ehtimal ki, “politik.am” saytından söhbət gedir) redaktoru ilə sövdələşmədən sonra sayt Vanetsyanın PR qrupunun tabeliyinə keçib və MTX-nin direktorunun digər hökumət rəsmilərinə qarşı gizli təbliğat və qara təbliğat aparmaq üçün fəal platformasına çevrilib. Ancaq əsas hədəf baş nazir və onun ailə üzvləri olub. Əlbəttə ki, hərdən bir də diqqəti sövdələşmədən yayındırmaq üçün Vanetsyan haqqında da “pis şeylər” yazmağı heç unutmadılar. Bu bütün proses koordinasiya edən və buna davam edən isə FHN-dən MTX-yə gətirilən, MTX-də Artur Vanetsyanın mətbuat katibi olmuş, hazırda Vanetsyanın PR meneceriliyini həyata keçirən Vahaqn Boyacyandır. MTX-dən çıxmadan əvvəl Vanetsyan Boyacyana fərdi silah bağışlayıb. Bu qərar çox mübahisəlidir, çünki uzun müddətli və əməkdar xidməti olan MTX-nin bir çox əməkdaşlarının hətta fərdi silahı yoxdur, ancaq bir neçə ayın əməkdaşının var”, - deyə nəşrdə dərc olunan məqalədə bildirilib.

Ancaq “Haykakan Jamanak” bütün bunların lokal bir proses olmadığını və daha böyük bir proseslə əlaqəli olduğu barədə yazır.

Bu təbliğat sxeminin ideoloqu Serj Sarkisyan hökumətinin 1 nömrəli təbliğatçısı olmuş və Sarkisyanın kürəkəni Mikayel Minasyan tərəfindən etibarlı adam kimi güvən qazanmış Ara Sağatelyandır.

“Sağatelyan Vanetsyandan Sarkisyanı və ailəsini Paşinyandan qorumasını xahiş edib. Daha sonra keçmişdə Sağatelyan-Minasyan-Vanetsyan isti münasibətləri bərpa edildikdə, Sağatelyan Vanetsyanı hakimiyyəti çox asanlıqla və tez bir vaxtda ələ ala biləcəyinə inandırıb. Bəs necə? Minasyan və Sağatelyanın iştirakı ilə strategiya hazırlanıb. Baş nazirin müsbət imicinin əsas komponenti olan Paşinyan ailəsini media və sosial şəbəkələrdə mümkün qədər nüfuzdan salınması qərara alınıb.

Paşinyan və ailəsini ləkələyən açıqlamalar vermək qərarı verilib. Növbəti vacib istiqamət olaraq, feyklər vasitəsilə Paşinyanın psixoloji pozğunluğu, çox güman ki, bir ruhi xəstə olması barədə şayiələrin yayılması, onun siyasəti nəticəsində 2018-ci ilin oktyabrında müharibə başlayacağı və iki gün ərzində 30.000 insanın ölümünə səbəb olacağı məlumatlarının yayılmasıdır. Sağatelyan və Boyacyan bu şayiələrin yayılması ilə fəal məşğul olmağa başlayıblar. Plan belə olub, bu şayiəni o qədər yaymaq lazım idi ki, “ruhi xəstə” olan Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması milli təhlükəsizlik məsələsinə çevrilsin”, - deyə məqalə müəllifi bildirib.
Vanetsyan köhnə sistemin, xüsusi ilə Minasyanın dəstəyi ilə çevriliş etməyə çalışıb. Təsadüfi deyil ki, Vanetsyanın istefasından sonra keçirilən mətbuat konfranslarından birində Paşinyan onu “çevrilişçi” adlandırıb, bəlkə də bununla Milli Təhlükəsizlik Xidməti direktorunun istefasının motivinə işarə edib.

Əlbəttə, Vanetsyan ona qarşı olan iddiaları rədd edib.

“Bu nəşrdə mənimlə əlaqəli bütün şərh və fərziyyələrin tamamilə yalan olduğunu söyləməyi lazım hesab edirəm, sonrakı fərziyyələr və feyk hücumlar isə artıq adi haldır. Bu məqalənin müəllifi və sifarişçisinin öz gizli qorxuları ilə məni ləkələməyə çalışdığı ilk dəfə deyil, amma “mübarizənin” bu səviyyəyə aşağı enməsi faktı mənim üçün də gözlənilməz oldu”, - deyə keçmiş MTX direktoru sosial şəbəkə hesabında bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vanetsyan   Paşinyan  

"İnqilabçılar"ın yeni şousu: Vanetsyan Paşinyan hökumətini devirmək istəyib?

2020/01/main-1579074732.jpg
Oxunub: 2584     15:43     15 Yanvar 2020    