Ermənistan MN aclıq aksiyası keçirən keçmiş hərbi qulluqçunun tələbinə münasibət bildirib

2020/01/82751-1579074641.jpg
Oxunub: 2101     12:54     15 Yanvar 2020    
Xəbər verdiyimiz kimi, 2019-cu ilin sonunda ehtiyatda olan erməni hərbi qulluqçu Mxitar Alumyanın övladları Ermənistanın Baş naziri Nikol Paşinyan və onun həyat yoldaşı Anna Hakobyana ərizə ilə müraciət edərək, pis sosial vəziyyətləri və utancverici həyat şərtləri barədə məlumat veriblər. Həmin vaxtlarda Alumyan Müdafiə Nazirliyi önündə aclıq aksiyası keçirirdi. O, yeni il ərəfəsində aclıq aksiyasını dayandırıb.

Aclıq aksiyası keçirdiyi günlər ərəfəsində nəm divarlar arasında yaşayan keçmiş hərbi qulluqçunun uşaqları Paşinyana müraciət edərək, artıq 15 gündür aclıq aksiyası keçirən atalarına kömək etməsini xahiş ediblər.

“Ata bizi bağışla, amma sənin də bizim üçün nələr etdiyini görürük. Öz həyatın hesabına bizə yaxşı gələcək qurmaq istəyirsən ki, heç olmasa bizim dörd divarımız olsun. Səndən xəlvət xalqa müraciət etmək və onlardan yardım istəmək qərarına gəldik. Hörmətli Anna Hakobyan, Nikol Paşinyan, mənim atamın 22 illik hərbi xidməti var. Təqaüdə çıxıb, hazırda isə 15 gündür MN-in qarşısında aclıq aksiyası keçirir və onu içəri keçməyə buraxmırlar. Anna Hakobyan, Nikol Paşinyan sizdən çox xahiş edirəm, sizin bizim üçün həm ana, həm ata olan, sizin əsgəri orada öldürdükləri bir vaxtda hansı yeni ildən, hansı milad bayramından danışırsız? O, bizim üçün çox şey edib, bizim anamız, qardaşımız və bacımız müalicə üçün gedib və keçən bu 4 il ərzində biz valideyn çatışmazlığı hiss etməmişik. Doğrudur, postlarda olub, amma bizim üçün hər şey etməyə vaxt tapıb. İndi isə əsgərinizi çölə atırsınız, elə edirsiniz ki, acından ölsün. Biz, inqilabı bunun üçün etməmişdik. Biz inqilab etdik ki, yaxşı olsun. Biz hamımız əl-ələ verib rəqs etdik ki, bizim jurnalistlər bu gün danışmağa qorxmasınlar. Cəmi 4-5 jurnalist atamı yad edir. Qalanları material yaymağa qorxur. Nə üçün? Biz azad söz uğrunda mübarizə aparmışıq ki, azad söz deyə bilək, bizim sözümüz hamıya çata bilsin. Mənim atam əvvəlcədən mənə ev verin deməyib. Atam Müdafiə nazirini görərəkən evimizin təmir edilməsinə yardım edilməsini xahiş edib. O, nazirin təklif etdiyi elit məhəllədki mənzildən imtina edib. Sadəcə kiçik evimizi təmir etməyi xahiş edib. Artsrun Hovhanisyana müraciət etmək istəyirəm. Siz açıqlama verdiniz ki, guya atamın evi var və ona ev düşmür. Bizim evimiz torpaq evdir, siz bu barədə çox yaxşı bilirsiniz. Atam isə sizə deyib ki, həmin bu ev təmir edilməlidir. Sizin qeydiyyat aparanınız isə dedi ki, bu rütubətli divarları təmir etmək mümkün deyil”, - deyə Alumyanın qızı müraciətində bildirib.

Erməni jurnalistlər MN-dən qeyd edilən məsələni aydınlaşdırmağa cəhd edib. Təqaüddə olan hərbi qulluqçuya mənzil probleminin həlli ilə bağlı nə təklif edilyini öyrənməyə çalışıblar.

Bununla bağlı MN-in mətbuat katibi Artsrun Hovhanisyan qeyd edib ki, hərbi qulluqçular haqqında qanuna əsasən adı çəkilən hərbi qulluqçunun mənzil probleminin həll edilməsi qeyri-mümkündür.

“İkincisi, Alumyan həqiqətə uyğun olmayan şeylər deyir. Bunları onun üzünə baxaraq sübut etmişəm. Söhbət guya ona ev verilməsinə dair vəd verildiyindən gedir. Qanunla ona ev düşmədiyinə görə belə bir şeyi heç kim vəd edə bilməzdi. Ona deyilib ki, himayədarlar tapmaqla məsələni həll etməyə çalışarıq, çünki qanunla ona mənzil düşmür. Əgər qanunla bu məsləni həll etmək mümkün olsaydı, bu mütləq edilərdi, heç kim yaranmış vəziyyətdən zövq qalmır”, - deyə Hovhanisyan bildirib.

Həmçinin qeyd edilib ki, Alumyanlar ailəsinə evi təmir etmək üçün şəxs göndərilib, ancaq müəyyən səbəblərdən onlar bu barədə danışmırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Etiraz   Aclıq-aksiyası  

Ermənistan MN aclıq aksiyası keçirən keçmiş hərbi qulluqçunun tələbinə münasibət bildirib

2020/01/82751-1579074641.jpg
Oxunub: 2102     12:54     15 Yanvar 2020    