Sabiq erməni nazir müavini: “Müharibə təhlükəsi əvvəllər olduğu kimi mövcud olmaqda davam edir”

2020/01/43140-1579074541.jpg
Oxunub: 2335     16:58     15 Yanvar 2020    
“İnsan münasibətlərində həmişə qarşılıqlı hörmət, ailə və təhsil tərbiyəsi, sərhədləri keçməyimizə imkan verməyən sosial normalar olub. Təsəvvür edin ki, 2000-ci illərdə Ermənistanda sosial şəbəkələr hamı üçün əlçatan olardı və burada təhqirlərlə dolu qarışıq qeydlər olardı. O illərdə ictimai təhqir və ya təhqiramiz düşüncəli yazı yazanlar, ruhi xəstə, küçə davranışlarına sahib şəxs kimi nəzərə alınar, ayıb və təhqirlərinə görə hər hansı istənilən bir platformadan kənara atılmış olardı. Çünki yaxşı və ya pis münasibətlərdən asılı olmayaraq insanlar bir-biri ilə ünsiyyət mədəniyyətini təmiz saxlamaq istəyirlər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın Müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan qeyd edib.

O bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi zamanı vətəndaşın davranışı təşkilatçılar tərəfindən praqmatik avantürizm, yəni küçələri bağlamaq, çömçə döymək, virtual dəfnlərin təşkili, sosial şəbəkələrdə lənət və fırıldaqların yayılması, dağıtma, hay-kuylə və s kimi diktə edilirdi və bununla da sakinlər hakimiyyət dəyişikliyində “həlledici” rol oynadı.

“İndi vətəndaşın rolu nədir və o, ictimai münasibətlərdə necə iştirak etməlidir? Bu gün hər bir Ermənistan sakini potensial bir iddiaçıdır, istənilən məsələnin qaldırılmasını və hakimiyyətdən həllini tələb etmək hüququna malikdir. Paşinyan bunu çox yaxşı dərk edir və məhz bundan qorxur. Artıq insanlar görüşlərdə Paşinyanın üzünə dirənərək küçələri sizin üçün bağladığını deyir. O, isə artıq məsləyə yayındırıcı yanaşaraq küçələri ona görə bağlamadıqlarını söyləməyə başlayıb”, - deyə Zakaryan qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın keçmiş hökumət rəsmilərinin qalmaqallı həbsləri, onlara qarşı irəli sürülən və sübut edilməyən ictimai ittihamlar, hökumətin yaxşı həyata dair işıqlandırmaları, müntəzəm canlı yayımlar, nümayiş gəzintilər, teatrlara və qəhvə evlərinə səfərlər, fantastik statistikaların yayımlanması, hakimiyyətin feyk qalmaqallı yazılarının yayılmasındakı zəhməti və digər texnologiyaları öz təsirini qısa vaxtda itirir.

“İndi də müxtəlif məişət məsələlərindən başlamış hökumət iclasında müzakirə olunmaya aid olmayan müxtəlif məqamlara dair yüngül səhnələrin ictimailəşdirilməsinə başlayıblar. Sabah hansı bir günlük mövzunun bizim təhqir dolu virtual münasibətlərimizdə olacağını kim bilir? Və hər gün bu cür davam edir. Bu gün nə edirik, diaspor da daxil olmaqla hamımızı bir yerdə nəzərdə tuturam. Rusların yaxşı bir sözü var, belə hallarda “Балуемся” deyirlər. Siyasi münasibətlər sıfıra endirilib, daxili siyasi diskussiya yoxdur (hakimiyyət daxilində də yoxdur və aralarındakı müzakirələr də təhqiramiz sözlərə çevrilir). Ermənistanın uzunmüddətli təhlükəsizliyi və davamlı inkişafı maraqlarına cavab verən siyasi gündəm sadəcə ümumiyyətlə yoxdur. Müsahibə və mitinq elanlarından başqa heç bir xarici siyasi düşüncə və niyyət yoxdur.

İqtisadi həyat o qədər yaxşılaşıb ki, biz Azərbaycana və Gürcüstana keçmişik, amma sonra məlum oldu ki, keçməmişik. İnvestisiya o qədər böyüyüb ki, hətta hökumət “Ryanair” adlı xarici aviabiznesinə investisiya qoyur.

Məhkəmə hakimiyyəti o qədər müstəqil olub ki, bu qədər eksperimental repressiyalardan sonra Konstitusiya məhkəməsi üzvləri “həyasızcasına” hələ də istefa verməyiblər və konstitusiyaya qarşı çıxmaqda davam edirlər. Digər məhkəmələr və hakimlər haqqında heç bir söz yoxdur - onlar da Respublika boyunduruğundan azad edilmir, indi sağa və sola həbs olunmağa hazırdırlar.
Sosial məsələlərdə, ixtisara salmaq və ya bağlamaq üçün asan bir həll yolu tapılıb, pula qənaət et və sonra onu başqalarına paylamağa başla (bağlamaq üçün hələ çox müəssisə tapılacaq).

Mühacirət tərs kimi geri qayıdışa çevrilmir.

Müharibə təhlükəsi əvvəllər olduğu kimi mövcud olmaqda davam edir.

İnsanların gözlərinə toz üfürməyə, şüurlarını manipulyasiya etməyə, aldatma və xəyal atmosferini yeni nailiyyətlər əvəzinə kiçik nailiyyətlərlə daima təzələməyin nə qədər zamanda mümkün olacağı maraqlıdır. Yeganə məqsədi cəmiyyəti bölmək olan insan münasibətlərini məhv edən, saxtalaşdıran, təhrif edən, zəhərləyən bu sosial mühitə niyə görə ehtiyacımız var? İnsanlar o qədər zəif və özlərini düşünməkdən məhrum olublar ki, lənətlənmiş və təhqirlə dolu sosial şəbəkələr onlar üçün rəy formalaşdırmalıdır?”, - deyə Zakaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ   Paşinyan  

Sabiq erməni nazir müavini: “Müharibə təhlükəsi əvvəllər olduğu kimi mövcud olmaqda davam edir”

2020/01/43140-1579074541.jpg
Oxunub: 2338     16:58     15 Yanvar 2020    