General-mayor Səlim Niftəliyev: “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xidməti-döyüş fəaliyyəti daha da yüksəldilib

2020/01/15790-1579072516.jpg
Oxunub: 2290     11:19     15 Yanvar 2020    
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2019-cu ildə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının xidməti-döyüş fəaliyyətinin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı yığıncaq keçirilib.

Ordu.az xəbər verir ki, yığıncaqda Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev hesabat məruzəsi ilə çıxış edib. 2019-cu ildə həyata keçirilən tədbirlər barədə məlumat verdikdən sonra məruzə ətrafında müzakirələr olub.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov yığıncaqda çıxış edərək bildirib ki, muxtar respublikada Silahlı Qüvvələrin digər birləşmə və bölmələri kimi, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi-texniki bazası ilbəil gücləndirilir, hərbi qulluqçuların sosial qayğıları aradan qaldırılır. Son illər ərzində briqadanın fəaliyyətinin təşkili, idarə olunması və şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülüb, hərbi hissənin yerləşdiyi ərazidə geniş quruculuq işləri aparılıb, ən müasir infrastruktur və nümunəvi hərbi şəhərcik yaradılıb. Hərbi hissə müasir texniki vasitələr, silah-sursat və nəqliyyat vasitələri ilə təmin olunub, hərbi qulluqçuların döyüş və fiziki hazırlığı, xidmət şəraiti, sosial müdafiəsi daha da gücləndirilib. Xidməti ərazi üzrə döyüş tapşırıqlarının operativ icrasının təmin edilməsi məqsədilə Şərur rayonu ərazisində inşa olunan və ayrı yerləşən əməliyyat taborunun qərargah binası, əsgər yataqxanası və hərbçi ailələri üçün yaşayış mənzilləri yüksək standartlar səviyyəsində tikilib başa çatdırılmaq üzrədir.

Qeyd olunub ki, həyata keçirilən məqsədyönlü idarəetmə sistemi və yüksək dövlət qayğısı nəticəsində hərbi hissə ötən dövr ərzində böyük inkişaf yolu keçib. 1995-ci il aprel ayının 10-da yaradılan Daxili Qoşunların Naxçıvan taboru 2002-ci ilin dekabr ayında Alaya, 2014-cü ilin sentyabr ayında isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına çevrilib.

Nazir deyib: “Bu gün briqadada yüksək mənəvi-psixoloji hazırlığa malik əsgər və zabitlər xidmət edirlər. Bunun nəticəsidir ki, təkcə 2019-cu ildə hərbi hissə Naxçıvan Muxtar Respublikasında Türkiyə Respublikasının hərbçiləri ilə birgə təşkil olunmuş “Sarsılmaz qardaşlıq” adı altında keçirilən əməliyyat-taktiki təlimlərdə, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları ilə birlikdə keçirilən “Sərhəd pozucularının axtarılması və tutulması” adlı təlim məşqlərində, eləcə də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları ilə birgə təşkil olunan komanda qərargah təlimlərində uğurla iştirak edib. Bundan əlavə, briqada son iki ildə ardıcıl olaraq Daxili Qoşunların Baş İdarəsi tərəfindən keçirilən inspeksiya yoxlamalarının nəticələrinə görə Daxili Qoşunların hərbi hissələri arasında 1-ci yeri tutub”.

Diqqətə çatdırılıb ki, əldə olunmuş nailiyyətlər əvəzsiz qalmayıb, ötən il 13 hərbi qulluqçu medalla təltif edilib, 2 hərbi qulluqçuya həvəsləndirmə qaydasında vaxtından əvvəl hərbi rütbələr verilib.

Nazir qarşıda duran vəzifələrin 2020-ci ildə də uğurla yerinə yetirilməsi ilə bağlı şəxsi heyətə müvafiq tapşırıqlar verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Naxçıvan   DQ  

General-mayor Səlim Niftəliyev: “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xidməti-döyüş fəaliyyəti daha da yüksəldilib

2020/01/15790-1579072516.jpg
Oxunub: 2293     11:19     15 Yanvar 2020    