"Generalın terror aktı törətmək istədiyi barədə məndə heç bir sübut yoxdur" - Esper

2019/10/19102-1572074864.jpg
Oxunub: 2802     11:11     15 Yanvar 2020    
"General Qasım Süleymaninin ABŞ-ın region dövlətlərindəki 4 səfirliyinə qarşı terror aktı törətmək istədiyi barədə məndə heç bir sübut yoxdur".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Mark Esper “Face the Nation” televiziya proqramına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Tramp iranlı generalın cinayət törətmək məqsədinin olması barədə konkret fakt təqdim etməyib.

Eyni fikirləri ABŞ-ın dövlət katibi Mayk Pompeo da bildirib. O qeyd edib ki, generalın terror törətmək istədiyinə şübhə etmir. Lakin bu terrorun harada və necə törədiləcəyi barədə ABŞ-ın xüsusi xidmət orqanlarının məlumatı yoxdur.

Xatırladaq ki, yanvarın 3-də Bağdadın beynəlxalq hava limanına gələn general Süleymani ABŞ PUA-sının bombardmanı nəticəsində həlak olub. Əmri şəxsən prezident Donald Tramp verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Süleymani   Esper  

"Generalın terror aktı törətmək istədiyi barədə məndə heç bir sübut yoxdur" - Esper

2019/10/19102-1572074864.jpg
Oxunub: 2803     11:11     15 Yanvar 2020    