Həftər Berlin konfransında iştirak edəcək

2019/09/000_1-1567578415.jpg
Oxunub: 1426     09:56     15 Yanvar 2020    
Liviya Milli Ordusunun komandanı Xəlifə Həftər ölkədə vəziyyətin nizama salınması üzrə keçiriləcək Berlin konfransında iştirak edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Liviya Milli Ordusunun komandanlığı hələ bununla bağlı rəsmi bəyanat yaymayıb.

Lakin televiziya kanallarından biri Həftərin dəvəti qəbul etməyə qərar verdiyi və beynəlxalq konfransda iştirak üçün Berlinə yola düşəcəyi barədə məlumat yayılıb.

AFR hökumətinin mətbuat xidmətindən bildirilib ki, Liviya üzrə dövlət və hökumət başçıları səviyyəsində beynəlxalq konfrans yanvarın 19-da Berlində keçiriləcək. Konfransda Rusiya, ABŞ, Çin, Böyük Britaniya, İtaliya, Fransa, Türkiyə, Misir, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Konqo Respublikası, həmçinin BMT, Avropa Birliyi, Afrika İttifaqı və Ərəb Dövlətləri Liqasının nümayəndələri iştirak edəcəklər.

Bundan başqa, beynəlxalq konfransa Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarraj və ötən ilin aprelindən Tripoliyə hücum edən Liviya Milli Ordusunun komandanı Xəlifə Həftər də dəvət ediliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Həftər   Berlin  

Həftər Berlin konfransında iştirak edəcək

2019/09/000_1-1567578415.jpg
Oxunub: 1429     09:56     15 Yanvar 2020    