Naxçıvanda şəhid və hərbçi ailələrinə ev verilib - FOTO

2020/01/24647-4737020004.jpg
Oxunub: 3390     16:51     14 Yanvar 2020    
Yanvarın 14-də 1 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 11 nəfərə “NAZ-Lifan 330” markalı avtomobillər təqdim edilib.

Ordu.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mənzil və avtomobillə təmin olunanları təbrik edib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi, təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi diqqət mərkəzində saxlanılır.

"Bununla yanaşı, sosial qayğıya ehtiyacı olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi sahəsində də ardıcıl tədbirlər görülür. Ötən il müvafiq kateqoriyalı 17 ailəyə fərdi yaşayış evləri və mənzillər, 35 nəfərə minik avtomobilləri təqdim edilib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Naxçıvan   Şəhid-ailəsi  

Naxçıvanda şəhid və hərbçi ailələrinə ev verilib - FOTO

2020/01/24647-4737020004.jpg
Oxunub: 3391     16:51     14 Yanvar 2020    