Paşinyan Ermənistan parlamentini dağıtmaq istəyir

2019/12/f-1577615665.jpg
Oxunub: 1115     15:18     14 Yanvar 2020    
“Paşinyan son zamanlar özünü partiya yoldaşlarından uzaq tutur. Ararat Mirzoyan, Lilit Makunts, Hakob Simidyan onun Yeni ilini təbrik etmək və hökumət yay kottecinə getmək hüququndan istifadə edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Məqalədə qeyd olunur ki, Nikolun uzun müddətdir parlamenti dağıtmaq istəyi son zamanlarda daha əsaslı olub.

“Fraksiya onu sonsuz şəkildə “podstava” edir, Makunts və Simidyan bütün günü deputat tərbiyəsi işi ilə məşğuldur. Bu yaxınlarda da Karen Daruxanyanı “linçi” adlandırıblar. Əgər əvvəllər Nikol fraksiyadan çıxanın mandatını yerə qoymalı olduğu, əks təqdirdə parlamenti dağıdacağını xəbərdarlıq etmişdisə, indi artıq partiyalarda və Seçki Məcəlləsində dəyişikliklər gözləyir. Yeri gəlmişkən, o, 88 deputata malik olmağa meyilli deyil və adekvat, mobil komanda formalaşdırmağa çalışacaq”, - deyə məqalə müəllifi qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Parlament  

Paşinyan Ermənistan parlamentini dağıtmaq istəyir

2019/12/f-1577615665.jpg
Oxunub: 1116     15:18     14 Yanvar 2020    