Ermənistan ordusunun hərbi qulluqçusu naməlum şəraitdə öldürülüb

2019/06/41969-1561790255.jpg
Oxunub: 3565     14:03     15 Yanvar 2020    
“Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu pulemyotdan özü-özünə atəş açıb və bu, onun ölümcül güllə yarası almasına səbəb olub”.

Ordu.az xəbər verir ki, bu, Ermənistan İstintaq Komitəsinin müqaviləli hərbi qulluqçu Qeğam Xaçatryanın ölümü ilə bağlı bildirdiyi yeganə rəsmi məlumatdır.

Sözügedən cinayət işi ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 110-cu maddəsinin 1-ci hissəsinin xüsusiyyətləri ilə (intihar həddinə çatdırmaq) cinayət işi açılıb.

Ermənistan İstintaq Komitəsi növbəti dəfə heç bir araşdırma olmadan intihar damğası qoymağa tələsir.

32 yaşlı Qeğam Xaçatryan yanvarın 6-da, döyüş mövqeyində ölüb. O, döyüş mövqeyində pulemyotçu vəzifəsində olub. Xaçatryanın ölüm xəbəri yalnız iki gün sonra, yanvarın 8-də ortaya çıxıb. Ona təhkim olunmuş yeganə silah pulemyot olub.

Qeğam Xaçatryanın ailəsi Berd şəhərində kirayə evdə yaşayır. Berd sakinlərinin sözlərinə görə, ailənin sosial şəraiti yaxşı olmayıb. Pulemyotçunun dəfn məraisimində izdiham olmayıb. Onun Berd şəhərində yaxınları yoxdur. Xaçatryanın yeganə yaxınları həyat yoldaşı Vehanuş Qazaryan və 11 yaşlı oğlu olub.

Şəhərdə iddia edirlər ki, Xaçatryanın valideynləri onu kiçik yaşlarında övladlığa götürüb. Valideynlərin hər ikisi ölüb. Atasının psixi problemləri olub. Anası Berdin kənd bələdiyyəsinin kommunal şöbəsinin təmizlikçisi olub.

Berd və qonşu kəndlərdə şayiələr yayılıb ki, Xaçatryan həyat yoldaşı ilə mürəkkəb münasibətlərə, onunla şəxsi konfliktinə görə intihar edib. Hərbi hissə əməkdaşlarına bu hadisə barədə hər hansı məlumat vermək qəti qadağan olunub.

Hər halda nəzərə almaq lazımdır ki, Ermənistanda ölüm səbəbini şəxsi həyat halları ilə izah etmək yayılmış praktikadır.

Hərbi hissələrdə bənzər faciəvi hadisələrdən sonra tez-tez xəbərlər yayılır ki, guya hərbi qulluqçu ordu ilə əlaqəli olmayan, şəxsi səbəblərə görə intihar edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Cinayət  

Ermənistan ordusunun hərbi qulluqçusu naməlum şəraitdə öldürülüb

2019/06/41969-1561790255.jpg
Oxunub: 3566     14:03     15 Yanvar 2020    