Süleymaninin ölümü Ermənistanda müxalifətçilərin diqqət mərkəzindədir

2019/12/image-1575373712.jpg
Oxunub: 1708     16:28     14 Yanvar 2020    
Rəsmi İrəvan ABŞ-İran gərginliyinin son günlərində neytrallıq nümayiş etdirib. Ermənistanda müxalifətçilər hazırda bu istiqamətdə oynamağa çalışırlar.

“Ermənistan Respublikaçılar partiyası adından dost İran xalqına və hökumətinə general Qasım Süleymaninin şəhidliyi ilə əlaqədar dərin təəssüf bildiririk və onun ailəsinə başsağlığı veririk. Dost İran və bütün regionumuza sülh, həmrəylik və dözümlülük diləyirik”, - deyə Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov Respublikaçılar partiyası adından bildirib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi, hazırda müxalifət sahəsində yerləşmiş Artur Vanetsyan da matəm kitabında qeyd yazıb.

Qlobalizasiya və Regional Əməkdaşlıq Analitika Mərkəzinin sədri, politoloq Stepan Qriqoryan bildirib ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan İran Xarici İşlər nazirinə başsağlığı verib.

“Xatırlayırsınız, Zöhrab Mnatsakanyan da İran Xarici İşlər naziri ilə telefon danışığı zamanı başsağlığı verdi. Fikrimcə, bunlar kifayət edəcək addımlardır. Müxtəlif insanlar məsələ ətrafında fərqli fikirə malik ola bilər”, - deyə o bildirib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Süleymani  

Süleymaninin ölümü Ermənistanda müxalifətçilərin diqqət mərkəzindədir

2019/12/image-1575373712.jpg
Oxunub: 1711     16:28     14 Yanvar 2020    