Erməni vəkil: “Ermənistan Silahlı Qüvvələrində statistik məlumatların yaxşılaşmasının göstərilməsinə cəhd edilir”

2020/01/80808-1578999638.jpg
Oxunub: 1333     11:05     15 Yanvar 2020    
“Ermənistan Silahlı Qüvvələrinin ən dərin faciələrindən biri budur ki, insan taleləri statistika obyekti hesab olunur və statistik məlumatların yaxşılaşmasının göstərilməsinə cəhd edilir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni vəkil Norayr Norikyan deyib.

O qeyd edib ki, qeyri-döyüş şəraitində ən azı bir itkinin olması Ermənistan silahlı qüvvələri üçün sadəcə rüsvayçılıqdır.

“Mən hesab edirəm ki, dərin təhlillər, araşdırmalar həyata keçirilməlidir və bu say sıfıra çatdırılmalıdır. Təqdim olunan saylara gəlincə, orduda itkilərin sayı 49 olub. Əgər bu sayı aylara bölsən, bu, o deməkdir ki, hər ay 3-4 itki veririk. Bizim kiçik ölkəmiz üçün bu, sadəcə fəlakətli saydır”, - deyə o bildirib.

Norikyan bildirib ki, Ermənistan silahlı qüvvələrində faciələrin böyük hissəsi kriminal davranışların mövcudluğu məsələsidir.

“Mən sual vermək istəyirəm. Ölmüş əsgərlərin valideynlərinin məsələlərinə yekun həll vermək olar? Müxtəlif komissiyalar yaratmaqla, monitorinqlər həyata keçirməklə biz bu problemi həll etməyəcəyik. Cinayət işlərinin sahibi İstintaq Komitəsi və prokurorluqdur. Bu iki orqan sadəcə gözlərini bağlamağa, işin kimlə əlaqədar olduğunu görməməyə və obyektiv istintaq həyata keçirməyə borcludur. Əgər müəyyən olunsa ki, həqiqətən də günahkarlar var, onda tutduğu vəzifədən, kim olmağıdan asılı olmayaraq onları məsuliyyətə cəlb etmək lazımdır. Qırmızı xətt çəkmək lazımdır ki, insan qanının, əsgər qanının qiyməti yoxdur. Əsgər qanına görə heç kim məsuliyyətdən yayına bilməz, vəssalam”, - deyə erməni vəkil bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm  

Erməni vəkil: “Ermənistan Silahlı Qüvvələrində statistik məlumatların yaxşılaşmasının göstərilməsinə cəhd edilir”

2020/01/80808-1578999638.jpg
Oxunub: 1336     11:05     15 Yanvar 2020    